ARXİV ŞÖBƏSİ
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən Arxiv şöbəsi, akademiya yarandığı gündən fəaliyyət göstərir. Arxiv sözü
qədim yunan dilindəki “arkheon” sözündən törəyib, latın dilindəki “archivum” sözünə
keçmişdir. Məna etibarı ilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir.
Arxivə ADRA-nın bütün şöbələrindən sənədlər qəbul olunub, həmin sənədlər hər bir şöbə üçün ayrılmış xüsusi rəflərə yerləşdirilir. Arxiv şöbəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri ADRA-ya aid olan bütün sənədləri lazımi qaydada qoruyub saxlamasıdır. ADRA-nın arxiv şöbəsində akademiyanın tarixini öyrənmək üçün mənbə olan çox qiymətli sənədlər cəmlənmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Arxivi hal-hazırda yeni, müasir qiymətli sənədlərin komplektləşdirilməsi işini səylə davam etdirir və Akademiyanın tarixinə aid sənədlərlə daha da zənginləşir.