Tədrisin təşkili və keyfiyyətin təminatı


Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradıldığı gündən 2000-ci ildən fəaliyyət göstərir.

Keyfiyyətin təminatı şöbəsi Rəssamlıq Akademiyasının struktur bölməsi olaraq, tədris prosesini idarə edən, kafedra və fakültələrin tədris, tədris-metodiki fəaliyyətini planlaşdıran, tədris prosesini təşkil edən bir şöbədir. Keyfiyyətin təminatı şöbəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş normativ aktlara və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Nizamnaməsinə, Rəssamlıq Akademiyasının Elmi və Bədii şuralarının qərarlarına, eləcə də rektorun əmr və sərəncamlarına əsasən iş prosesini təşkil edir. Keyfiyyətin təminatı şöbəsi Akademiyanın fəaliyyətini təmin edən struktur bölmələri və kafedralar ilə sıx əlaqədə fəaliyyət göstərir.

Keyfiyyətin təminatı şöbəsinin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

Tədris planlarının tədris standartlarına uyğun olaraq hazırlanması;

Akademiya üzrə dərs yüklərinin tədris planlarına uyğun olaraq paylanması;

Tələbə kontingenti haqqında hesabatların hazırlanması;

Akademiyada fəaliyyət göstərən dekanlıq və kafedraların yoxlanılması;

Tələbə-məzun Dövlət Elektron məlumat sisteminin işlənməsi;

Tələbələrin təcrübə keçməsi ilə əlaqədar müəssisələrlə müqavilələrin bağlanması, təcrübənin gedişatına nəzarət;

Təhsil Nazirliyinə və digər qurumlara hesabatların hazırlanması;

Tədris planlarına uyğun olaraq dəsr cədvəllərinin hazırlanmasına nəzarət;

Akademiya üzrə keçirilən imtahanlara nəzarət;

Akademiyaya daxil olan tələbələrin şəxsi işlərinin yığılması və sistemə işlənməsi;

Akademiyanı bitirən məzunlar haqqında məlumatlarının Təhsil Nazirliyinin elektron sisteminə işlənməsi;

Akademiya üzrə tələbələrin xaric olunma, akademik məzuniyyət, soyadın dəyişilməsi, töhmət verilmə, tələbələrin diplom müdafiəsinə buraxılması, yay və qış tətilləri müddətində xaric olmuş tələbələrin yenidən bərpası, eləcə də köçürülməsinə dair təqdim olunmuş sənədlərə əsasən əmrlərin hazırlanması;

Təqaüd əmrlərinin yoxlanılması və hazırlanması;

Sessiyanın nəticələri haqqında hesabatların hazırlanması və Təhsil Nazirliyinə təqdim olunması;

Ştatda olan müəllim və kənardan dəvət olunan saat hesabı müəllimlərin işə qəbul və əməkhaqqının ödənilməsi əmrlərinin verilməsi;

Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyanın 3 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriat səviyyəsində 8 ixtisas (Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq, Memarlıq, Dizayn, Dekorativ sənət, Təsviri incəsənət müəllimliyi, Sənətşünaslıq) magistratura səviyyəsində 8 ixtisaslaşma (Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq, Memarlıq abidələrinin bərpası və yenidən qurulması, Dekorativ sənət, Təsviri incəsənət tarixi və nəzəriyyəsi, İncəsənət əsərlərinin bərpası və ekspertizası) doktorantura səviyyəsində (Dekorativ-tətbiqi sənət, Təsviri sənət), dissertantura səviyyəsində (Təsviri sənət) ixtisaslar üzrə 1416 tələbə, magistrant və doktorant təhsil alır.

İxtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartlarına uyğun hazırlanmış və rektor tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir. Təhsil Azərbaycan dilində aparılır. Akademiyada dünyanın bir çox ölkələrindən 37 xarici vətəndaş təhsil alır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 12 kafedrada 143 professor-müəllim heyəti cəlb edilmişdir. Bununla yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci fəaliyyət göstərir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilin fasiləsizliyini təmin etmək, peşə hazırlığının səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi ilə əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə təhsil aparılır. Rəngkarlıq ixtisası üzrə 10 tələbə, Dizayn ixtisası üzrə 2 tələbə, Memarlıq ixtisası üzrə 4 tələbə, Qrafika ixtisası üzrə 1 tələbə, Heykəltəraşlıq ixtisası üzrə 2 tələbə, Sənətşünaslıq ixtisası üzrə 1 tələbə, Sənətşünaslıq (qiyabi) ixtisası üzrə 5 tələbə, Dekorativ sənət ixtisası üzrə 1 tələbə təkrar ali təhsil alır. Ümumilikdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 26 tələbə təkrar ali təhsil alır.


Əlaqə:

Keyfiyyətin təminatı şöbəsinin əlaqə telefonu: (012) 567-98-83