Səmədova Elmira Arif qızı
İnzibati Təsərrüfat işləri üzrə prorektor
1993-cü ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.
Profayler, Rusiyanın professional psixoloqlar liqasının həqiqi üzvüdür.
“Texnoloji proqress və ekologiya” və “Ragimoba su” qeyri-hökümət təşkilatlarının təsisçisidir. 2005-2013-cü illərdə “Ragimoba su” qeyri-hökümət təşkilatının rəhbəri vəzifəsində Şimal regionunda çalışıb.
1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Azərbaycan Dövlət Televiziyasında nümayiş olunan 1000-dən çox süjet və reportajların müəllifi, eləcədə “Tramvay fantaziya” adlı həftəlik uşaq verilişinin ssenari müəllifi və redaktoru olub.
Dəfələrlə Azərbaycanı beynəlxalq biznes forumlarında təmsil edib.
Bakıda hər il keçirilən, universitet və mərkəzi orta məktəblərin şagirdlərinin iştirak etdiyi, Bakı Avropa Liseyi və Bakı Dənizkənarı Bulvar idarəsi ilə birgə təşkil olunan “Yaşıl dalğa” adlı ekoloji layihənin təşəbbüskarı və müəllifidir.
Rəhbər vəzifələrdə böyük iş təcrübəsinə malikdir.