Dekorativ-tətbiqi sənət

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.07.2013-cü il tarixli 46-11-4146/17 saylı və ADRA-nın 11.07.2013-cü il tarixli Elmi Şurasının qərarına əsasən,“Dekorativ – tətbiqi sənət” fakültəsində fəaliyyət göstərən kafedralardan biri də “Bədii keramika, şüşə və metal” kafedrasıdır. Kafedra 2013-cü ildən yaradılmışdır. Kafedranın müdiri baş müəllim, hüquq üzrə fəlsəfə doktoru Aynur Cəbrayıl qızı Albəndovadır. Kafedrada 2 ixtisas üzrə fənn tədris olunur: “Bədii keramika və şüşə”, “Bədii metal”.

“Bədii keramika” keramika ixtisasında tələbələrə keramika materiallarından (gil, saxsı, çini, şamotlu kütlə) dekorativ, məişət, təsərüffat, memarlıq və s. təyinatlı əsərlərin ideya, layihə və konstruktivləşməsi plastik keramika materiallarında fərqli üsullarla icra olunur. Keramik materiallar, boyalar və sobaların texnalogiyası, keramika məmulatlarının ərsəyə gətirilməsi üçün köməkçi fənlər (xüsusi rəngkarlıq, stilizə və dekor, plastik modelləşdirmə, xüsusi heykəltəraşlıq) tədris olunur.

“Bədii şüşə” ixtisasında qumlama, buzlama, qravirovka üsulları ilə kompozisiyaların layihələri işlənərək şüşə materialında icra edilir. Klassik və müasir vitraj kompozisiyalar işlənir və onların fraqmentləri materialda icra olunur. Bundan əlavə fyuzinq üsulu ilə kompozisiyaların layihəsini işlənərək materialda icra edilir.

“Bədii metal” ixtisasında bütün metallar haqqında geniş və ətraflı məlumat verilir. Burada həmçinin dekorativ əşyaların hazırlanması, dekorativ döymə, asma, əlvan materiallardan hazırlanmış suvenirlər, dəmirdən plastik formalar, dekorativ panno, interyer və eksteryer üçün fiqurativ kompozisiyalar, bəzək əşyaları, qadın zinət dəsti, zərgərlik, qiymətli materiallardan bədii məmulatlar hazırlanır.

Hər il professor müəllim heyəti plana əsasən elmi-tədqiqat və yaradıcılıq işləri üzrə çalışırlar. Tədrisin səviyyəsini yüksəltmək məqsədilə bütün fənn proqramları təkminləşdirilərək standartlara uyğun yenidən işlənilir.

Fənn proqramları kredit sisteminə uyğun tərtib olunur.

Kafedranın professor-müəllim heyəti Respublikamızda və bir sıra xarici ölkələrdə il boyu keçirilən sərgilərdə daim iştirak edirlər.

Fənn proqramları kredit sisteminə uyğun tərtib olunur.



Kafedralar

Bədii toxuculuq və xalça sənəti

Bədii keramika, şüşə və metal

Humanitar və ictimai fənlər