Heykəltəraşlıq Kafedrasi

“Heykəltəraşlıq” kafedrası 1983-cü ildən etibarən M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistitunun nəznində yaranıb. Kafedranın yaranması Azərbaycan heykəltəraşlığının inkişafına, heykəltəraşlıq məktəbinin doğmalaşmasına güclü təsir göstərmişdir. Görkəmli heykəltəraşların təşəbbüsü ilə yaranan heykəltəraşlıq kafedrası, Xalq rəssamı, professor Məmmədov Tokay Həbib oğlunun rəhbərliyi ilə 1992-ci ilədək və professor Əliyev Natiq Kamal oğlunun rəhbərliyi ilə 2000-ci ilədək fəaliyyət göstərmişdir. 2000-ci ildən etibarən ulu öndərimiz H.Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaranmışdır. Ən müasir tələblərə cavab verən və hərtərəfli təchiz olunan heykəltəraşlıq kafedrası görkəmli heykəltəraş akademik Ö.Eldarovun rəhbərliyi altında fəaliyyət göstərməkdədir. 

2000-2008-ci illərdə kafedraya professor Əliyev Natiq Kamal oğlu rəhbərlik edib.

2008-2014-cü illərdə kafedraya professor Zeynalov Azad Sabir oğlu rəhbərlik edib. 

2014-cü ildən etibarən kafedraya dosent Süleymanova Sevil Arif qızı rəhbərlik edir.

“Heykəltəraşlıq” kafedrasında 12 professor-müəllim heyyəti, onlardan 4-professor, 2-dosent, 3-baş müəllim, 3-müəllim tədris fəaliyyəti göstərirlər.

Kafedrada fəaliyyət göstərən professor-müəlim heyəti: 

Natiq Əliyev — Xalq rəssamı, professor, rektor

Ömər Eldarov — Xalq rəssamı, akademik

Fuad Salayev — Xalq rəssamı, professor, prorektor

Akif Əsgərov — Xalq rəssamı, professor

Azad Zeynalov — Əməkdar rəssam, professor, prorektor

Sevil Süleymanova — dosent, kafedra müdiri

Rəcəb Müslümov — dosent