ELM ŞÖBƏSİ 

       Rəssamlıq Akademiyası “Elm şöbəsi”-nin əsas fəaliyyəti elmi-tədqiqat və yaradıcılıq işlərinin planlaşdırılması, yerinə yetirilməsinin təmin edilməsi, doktorantura və dissertantura yolu ilə kadr hazırlığının aparılmasından ibarətdir. Eyni zamanda tədris üçün zəruri olan vəsaitlərin hazırlanmasında “Elm şöbəsi”-nin böyük rolu var.

       Şöbənin fəaliyyət dövrü ərzində Akademiyada mütəmadi olaraq, respublika və beynəlxalq səviyyəli konfrans, simpozium, yaradıcılıq sərgiləri keçirilir. Rəssamlıq Akademiyasının professor-müəllim heyəti 100-dən çox beynəlxalq konfrans və simpoziumlarda çıxış edib, 300-dən çox respublika, 250-dən çox beynəlxalq səviyyəli sərgilərin iştirakçısı olub.

       2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin 12.2 və 15-ci bəndlərinə uyğun olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Daimi Dissertasiya Şurası hər iki ildən bir yeni tərkibdə təsdiq edilib fəaliyyət göstərir. Bununla yanaşı istisna olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru və sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün ixtisas şifrəsinə uyğun Ali Attestasiya Komissiyası tərəfindən Akademiyaya Birdəfəlik şuralar da göndərilmiş və onların müdafiəsi uğurla təmin olunmuşdur.

       2004-cü ildən Rəssamlıq Akademiyasında 6203.01 – “İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi”, 6215.01 – “Təsviri sənət”, 6217.01 – “Texniki estetika və dizayn”, 6218.01 – “Dekorativ-tətbiqi sənət” ixtisaslarına fəlsəfə doktoru və elmlər doktoru proqramlarına əsasən doktorantura və dissertantura pilləsi üzrə kadr hazırlığı aparılır. Hal-hazırda isə doktorantura və dissertanturaya qəbul – 6215.01 – “Təsviri sənət” və 6218.01 – “Dekorativ-tətbiqi sənət” ixtisasları üzrə aparılır.

       2003-2018-ci illərdə ADRA-nın FD.02.191 Daimi Dissertasiya şurasında 7 iddiaçının elmlər doktorluğu, 84 doktorant və dissertantın fəlsəfə doktorluğu üzrə müdafiəsi keçirilmiş və bütün iddiaçılar Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müvafiq elmi adı almışlar. Müdafiə edənlər içərisində Misir, Türkiyə, İran, Qazaxıstan vətəndaşları da olmuşdur.

       Elm şöbəsinin nəznində Tələbə Elmi Yaradıcılıq cəmiyyəti fəaliyyət göstərir. Bu cəmiyyətdə həm sənətşünas, həm də xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr təmsil olunur. ADRA-nın bakalavr və magistr tələbələri TEYC xətti ilə respublikada və xaricdə keçirilən tələbə elmi konfranslarında və sərgilərdə iştirak edir, müvafiq mövzular üzrə elmi toplularda məqalələr dərc etdirirlər.