“Qrafika” kafedrası
Ulu Öndər Heydər Əliyevin sərəncamı əsasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılan vaxtdan (2000-ci ildən) ADRA-da digər kafedralarla yanaşı “Qrafika” kafedrası da fəailiyyət göstərir. Bu şöbədə Baloniya sisteminə uyğun olaraq dörd (4) il bakalavr, iki (2) il isə magistr pillələrində tələbələr təhsil alırlar. Birinci kursda onlar ümumi kurs kimi hazırlaşırlar, ikinci kursdan isə “Dəzgah” qrafikası, “Kitab” qrafikası və “Plakat” emalatxanası kurslarına ərizə əsasında bölünürlər. 2017-ci ildən kafedrada Animasiya kursuda fəaliyyət göstərir. Şöbədə tələbələr “Kompozisiya”, “Material üzərində iş”, “Şrift” fənnləri üzrə təhsil alırlar. Kafedrada 11 (on bir) müəllim, onlardan: 3 professor, 5 dosent, 1 baş müəllim, 2 müəllim və saat hesabı müəllimlər çalışırlar. Kafedrada 2 Əməkdar rəssam, 2 Əməkdar İncəsənət xadimi və 2 Fəlsəfə doktoru fəaliyyət göstərir.
Hər il ADRA-da sərgilər təşkil olunur. Bu sərgilərdə müəllimlər öz əsərlərini tələbələr isə öz işlərini nümayiş etdirirlər. Bunlarla yanaşı kafedranın professor-müəllim heyəti hər il Elmi Yaradıcılıq işlərini təhvil verirlər və bu işlərin əsasında ADRA-nın müzeyində sərgilər təşkil olunur. Kafedranın professor-müəllim heyəti Elmi-tədqiqat işləri ilə də məşğul olurlar. Kafedrada dərs vəsaitləri, metodik vəsaitlər və proqramlar tərtib edilib.
Kafedranın tərkibi :
Kafedra müdiri, 2 baş laborant, 1 emalatxana müdiri.
Hüseynov Rəsul İsmayıl oğlu – professor, Əməkdar rəssam
-“Təsviri sənət haqqında” – Metodik vəsait
— “Ali rəssamlıq məktəbində rəsmin metodikası” – Metodik vəsait
— “Rəsm və onun üslubları” – Metodik vəsait
— “Rəsmdə xəttin rolu” – Metodik vəsait
Hacıyev-Şəkinskiy Nüsrət Süleyman – professor, Əməkdar
rəssam
-“Rəsm və onun tədrisinin metodoloji əsasları” – Metodik vəsait
Məmmədova Nərgiz Süleyman qızı – dosent
— “Ksiloqrafiya və linoqravüra yaranma tarixi və işləmə
metodları” – Metodik vəsait
— “Exlibris” Yaranma tarixi və inkişafı – Metodik vəsait
— Qrafikada estamp növləri “Litoqrafiya” – Metodik vəsait
Qasımov Sabir Nadir oğlu – dosent, Sənətşünaslıq üzrə Fəlsəfə
doktoru
— XX əsr Azərbaycan Qrafikasının inkişaf mərhələləri – Dərs
vəsaiti
— XX əsr Azərbaycan Dəzgah qrafikasında obrazlılıq məsələləri –
Dərs vəsaiti
Ələsgərova Sevinc Ələkbər qızı — dosent
— Qrafikada şrift və onun inkişaf mərhələləri – Dərs vəsaiti
— Plakatda “Şrift” – dərs vəsaiti
— Kitabda “Şrift” – dərs vəsaiti
Məmmədov Emin Səlhab oglu – dosent Əməkdar İncəsənət
xadimi