Kitabxana xalq, millət üçün müqəddəsbir yer, mənəviyyat, bilik zəka mənbəyidir.Ona görə də, kitabxanaya olan hörmətxalqımızın mədəniyyətini nümayiş etdirənamillərdəndir. (H. Əliyev)
Seyidova Sədaqət Bağır qızı
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
kitabxana müdiri
1975-1984-cü ildə Naxçıvan MR Kəngərli rayonu Şahtaxtı kənd kitabxanasında, 1984-2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında müdir, 2003-cü ildən etibarən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kitabxana müdiri vəzifəsində çalışır.
2015-ci ildə “Fəxri kitabxanaçı” adına layiq görülüb.
Ulu Öndər H. Əliyevin 13 iyun 2000 – ci il tarixində imzaladığı fərmanla Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradıldı. Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır. 2003-cü ildə yaranan ADRA – nın kitabxanası öz işini sıfırdan qurmağa başladı. Kitabxanaçıların və ADRA –nın rəhbərliyinin təşəbbüsü ilə Akademiyanın profilinə uyğun kitabların toplanmasına başlanılmışdır. İlk öncə kitabxanaya ADRA–nın rektoru, akademik Ö. Eldarov, Elm və Yaradıcılıq işləri üzrə prorektor F.Salayev, həmin dövrdə Tədris və Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən C.Hüseynov öz şəxsi kitabxanalarının qiymətli kitablarını kitabxanaya hədiyyə etdilər. Sonra ADRA – nın bütün kollektivi bu təşəbbüsə qoşuldu. Professor-müəllim heyyətindən sıravi işçilərə qədər hərkəs kitabxanaya kitab bağışladı. Hazırda kitabxananın fondu 16000 nüsxəyə yaxındır. 927 nəfər oxucumuz var. Kitabxananın kitab fondunun zənginləşməsi savadlı, dövrün tələblərinə cavab verən, intelektual səviyyəyə malik nəsil yetişdirilməsi deməkdir. Kitabxanaların kitab fondunun zənginləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004 – cü il tarixli sərəncamının əhəmiyyətli rolu vardır. Bu sərəncama əsasən 500 addan artıq kitab hər biri 25 000 nüsxə tirajla, ümumiyyətlə 10 000 000 nüsxə çap edilərkən ölkə kitabxanalarına, o cümlədən bizim kitabxanaya da daxil olmuşdur. Azərbaycan Prezidentinin sonrakı sərəncamları ilə Dünya Ədəbiyyatı kitabxanası 100 cildli Azərbaycan ədəbiyyatı kitabxanası seriyasından olan kitablar kitabxananın latın qrafikalı ədəbiyyatla zənginləşməsini formalaşdırmışdır.Kitabxana işində ən başlıca meyarlardan biri də biblioqrafik fəaliyyətdir. Kitabxana işçiləri qarşısında duran əsas vəzifələrdən biri kitabxana fondunun elektron daşıyıcılara köçürülməsidir. Kitabxanada «Alisa Libraries» proqramı ilə elektron kitabxana yaradılır. Hazırda 9000-ə yaxın ədəbiyyat köçürülüb, qalan kitablar isə yaxın gələcəkdə proqramda öz əksini tapacaqdır.Kitabxana fondu Əlifba və Sistemli kataloqlarda öz əksini tapır. Kitabxanada hər bir oxucuya fərdi yanaşaraq oxucu marağı öyrənilir. Onların kitaba olan tələbi ödənilir.“ADRA – nın mətbuat səhifələrində” rubrikası altında məqalələr toplusu yaradılmışdır ki, burada ADRA – nın professor–müəllim heyyətinin dövrü mətbuatda dərc olunan məqalələri öz əksini tapır. Oxucular bu topludan həvəslə istifadə edirlər. Burda, «İnteryer dizayn», «Tvorcestvo» kimi jurnallar kitab halına salınaraq oxucuların ixtiyarına verilir.Fəal oxucularımız kitabxananın keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edirlər. Kitabxanada əlamətdar və tarixi günlər, yubileylər, vətənpərvərliyə həsr olunmuş tədbirlər təşkil olunur.ADRA–nın kitabxana işçiləri Ulu Öndər H.Əliyevin kitabxanaya göstərdiyi qayğı və qərarlarını, sonra isə Respublika Prezidenti İlham Əliyevin bu sahədəki mühüm qərarlarını əldə rəhbər tutaraq öz işlərini günün tələbləri səviyyəsində qururlar.