Beynəlxalq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq şöbəsi
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında beynəlxalq əlaqələrin qurulmasında məsul olan struktur bölmə Beynəlxalq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq şöbəsidir. Beynəlxalq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq şöbəsi öz fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Prezidentinin təhsil sahəsindəki fərman və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Elmi Şurasının qərarlarını, və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş AR vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin AR–da təhsil alması qaydalarını və ADRA Elmi Şurasının 16.09.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq şöbəsinin fəaliyyəti haqqında əsasnaməni əsas tutur.
Şöbə xarici ölkələrin ali məktəbləri, beynəlxalq təhsil mərkəzləri, fondları və.s ilə ali təhsil müəssisəsinin əlaqələrini yaratmaq, onları rəsmiləşdirən sənədlərin layihələrini hazırlamaq və bağlanmış müqavilələrin həyata keçirilməsində institutlar, fakültələr, kafedralar və digər şöbələrlə birgə fəaliyyətin təşkili, elm və təhsil sahələrində keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar, konqreslər, simpoziumlar və digər toplantılar haqqında məlumatlar toplamaq, məlumatları ali təhsil müəssisəsinin professor-müəllim heyyətinin nəzərinə çatdırmaq və onların həmin forumlarda iştirak edə bilməsi üçün gərəkli işləri həyata keçirir.
Ali təhsil müəssisəsinin professor-müəllim heyyəti, aspirantları, tələbələri və digər əməkdaşlarının dövlət xətti və ya universitetlərarası razılaşma yolu ilə ezamiyyətinin bütün formaları üzrə namizədlərin seçilməsi haqqında, fakültələrin, kafedraların və digər strukturların təklifləri əsasında, vəsatət qaldırılması və onların sənədlərinin hazırlanması, ezamiyyətdən qayıdanların vaxtında hesabat vermələrinə nəzarət edir.
Hazırda ADRA-da müxtəlif ölkələrdən əcnəbi tələbələr təhsil almaqdadır. Onların sayı akademiyada təhsil alan ümumi tələbə sayının təxminən 20%-ni təşkil edir. Bu tələbələr daha çox Türkiyə, Rusiya, İran, Pakistan, Hindistan, Nigeriya, Suriya, Qazaxıstan, İraq, Koreya Respublikası, Nepal, Şri-Lanka, Ukrayna, Latviya, Qazaxıstan və digər ölkə vətəndaşlarıdır. Əcnəbi vətəndaşlar akademiyaya daha çox əcnəbi vətəndaş və ATM arasında imzalanmış müqavilə əsasında qəbul olunurlar. Lakin, Dövlət İmtahan Mərkəzi vasitəsilə də akademiyaya əcnəbi tələbələrin qəbulu həyata keçirilir. Əcnəbi tələbələr əyani və qiyabi formada, həmçinin, təhsilin bütün pillələri üzrə təhsil alırlar.
Fəaliyyət istiqamətləri
“Beynəlxalq Əlaqələr və əcnəbilər üçün Hazırlıq” şöbəsi Almaniya, Türkiyə, Misir Ərəb Respublikası, Latviya, Rusiya, Amerikanın Azərbaycandakı səfirlikləri ilə əməkdaşlığın nəticəsi olaraq bir çox sərgi və digər layihələri həyata keçirib. Türkiyənin Mimar Sinan Güzel Sanatlar Universiteti, Hacettepe Universiteti, Dicle Universiteti, Uludağ Universiteti, Rusiyanın Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyası və Ural Dövlət Memarlıq və Rəssamlıq Akademiyası, Latviyanın Latviya İncəsənət Akademiyası, Şimali Kipr Türk cümhuriyyətinin Girne Amerikan Universiteti və Yakın Doğu Universitetləri, Özbəkistanın Milli İncəsənət və Dizayn universiteti və digər Ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Həmçinin Mevlana Değişim proqramına əsasən Türkiyənin Adnan Menderes Universiteti, Kahramanmaraş Sütçü İmam Universiteti, Akdeniz Universiteti, Karadeniz Teknik Universiteti, Gazi Univeritsti ilə əməkdaşlıq protokolu imzalanmış və müəllim-tələbə mübadiləsi və müqavilədən irəli gələn digər işlər həyata keçirilməkdədir.
Əcnəbi tələbələrin təhsili
“Beynəlxalq Əlaqələr və əcnəbilər üçün Hazırlıq” şöbəsi Ali məktəbin Müvafiq bölmələri ilə birlikdə əcnəbi tələbələrin təhsilini təşkil edir. Təhsil almağa gələn əcnəbi vətəndaşların qəbulu, əcnəbilər üçün nəzərdə tutulmuş qanunların və normativ aktların yerində icrasının təşkili və həmin qaydalara riayət olunması işinin tənzimlənməsi ilə məşğul olur. Şöbə həmçinin, Akademiyada təhsil alan tələbələrə Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edir və bununla bağlı lazımi prosedurları həyata keçirir, təhsil almaq məqsədi ilə Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlar üçün AR Xarici İşlər Nazirliyinə vəsatətlə müraciət edir.
Şöbə əcnəbi tələbələrin Akademiyaya qəbulu və xaric edilməsi barədə əmrlərin layihəsinin hazırlayır, imtahan vərəqələrinin və göndərişlərin verilməsi, dərs intizamını və yaşayış qaydalarını pozmuş əcnəbi tələbələr barədə müvafiq tədbirlər görülməsi, yaxud akademiyadan xaric olunması barədə rəhbərliyə təqdimatların verilməsi vəzifələrini yerinə yetirir. Əcnəbi tələbələrlə mədəni-kütləvi işləri, beynəlxalq tədbirləri təşkil edir. Beynəlxlaq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq şöbəsi, həmçinin müxtəlif ölkələrdən Akademiyada təhsil alan tələbələrin Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müracət edilməsi, lazımi prosedurların həyata keçirilməsi, təhsil almaq məqsədi ilə Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlar üçün AR Xarici İşlər Nazirliyinə vəsatətlə müraciət edir.
Həmçinin, Beynəlxlaq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq şöbəsi Akademiyada təhsil alan akademik göstəriciləri yüksək olan və ya maddi vəziyyəti qənaətbəxş olmayan yerli və əcnəbi tələbələrin illik təhsil haqlarının 100% və ya 50% məbləğinin xarici sponsorların hesabına ödənilməsi ilə də məşğul olur. Əcnəbi tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri məqsədi ilə onların həm Bakı şəhərində, həm də Azərbaycanın digər görməli yerlərinə müəllimlərin rəhbərliyi ilə ekskursiyalarının təşkil olunması da şöbənin gördüyü işlərə daxildir.
Xarici universitetlərlə əməkdaşlıq
Beynəlxalq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq şöbəsi Almaniya Federtiv Respublikası, Türkiyə Cümhuriyyəti, Misir Ərəb Respublikası, Latviya Respublikası, Rusiya Federativ Respublikası, Ruminiya, Çin Xalq Respublikası, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlikləri ilə əməkdaşlığın nəticəsi olaraq bir çox sərgi və digər layihələri həyata keçirdib. Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri akademiyanın dəvətinə əsasən buraya səfər etmiş və qarşılıqlı əməkdaşlığın incəlikləri müzakirə olunmuşdur. Belə səfərlərə misal olaraq Koreya Respublikası, Almaniya Federativ Respublikası, Hindistan, Ruminiya, Çin Xalq Respublikasının və digər bir çox ölkələrin Azərbaycandakı Səfirlərinin, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzlərinin rəhbərinin və digərlərinin səfərlərini göstərə bilərik. Həmçinin Monako Knyazlığının Şahzadəsi, Latviya Respublikasının pezidenti də akademiyanın fəxri qonaqları sırasındadırlar. Bütün bu səfərlərin akademiyanın beynəlxlaq əlaqələrinin inkişaf etməsində, qeyd olunan ölkələrin incəsənət sahəsində fəaliyyət göstərən ATM-ləri ilə əməkdaşlığının qurulmasında çox böyük əhəmiyyəti olmuşdur.
• Mimar Sinan Güzel Sanatlar Universiteti
• Hacettepe Universiteti
• Dicle Universiteti
• Uludağ Universiteti
• Sinop Universiteti
• Novosibirsk Dövlət Memarlıq-İncəsənət Akademiyası
• Ural Dövlət Memarlıq və Rəssamlıq Akademiyası
• Latviya İncəsənət Akademiyası
• Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universiteti
• Yakın Doğu Universitetləri
• Özbəkistanın Milli İncəsənət və Dizayn universiteti
• Misir Ərəb Respublikasının Helvan Universiteti
• Ruminiyanın Buxarest Milli İncəsənət Universiteti
• Berlin Wissesnsie Akademiyası
• Roma Rəssamlıq Universiteti
• Gürcüstanın Tiflis Dövlət Rəssamlıq Akademiyası
Sərgi və görüşlərin təşkili
Şöbənin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzi, Milli İncəsənət Muzeyi və Müasir incəsənət muzeyində təşkil olunan sərgilərdə də akademiyanın müəllim-tələbə heyəti müntəzəm olaraq iştirak edir. Akademiya Beynəlxlaq Əlaqələr və Əcnəbilər üçün Hazırlıq şöbəsinin təşəbüsü ilə müntəzəm olaraq, ABŞ, Almaniya, İtaliya və digər ölkələrdən mütəxəssislər dəvət edərək onların tələbələrlə görüşlərini təşkil edir. Bu görüşlər zamanı müasir incəsənətin müxtəlif sahələri barədə tələbələrə ətraflı məlumat verilir və onlarla fikir mübadiləsi aparılır.
Mövlanə Mübadilə proqramı
Azərbaycan Dövlət Rəssamlıq akademiyası hazırda fəal olaraq Mövlanə Mübadilə proqramında iştirak edir. Proqram çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Türkiyə Respublikasının Qazi univertsiteti, Adnan Menderes Universiteti Yüzüncü Yıl Universiteti, Karadeniz Teknik Universiteti, Akdeniz Universiteti və Kahramanmaraş Sütçü İmam Universiteti ilə əməkdaşlıq müqavilələri imzalamışdır.
Qəbul üçün lazımi sənədlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 125№-li, 1 may 2015-ci il tarixli “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına əcnəbi vətəndaşların qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:
• Seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər)
• Əvvəlki təhsil pilləsində keçdiyi fənnlər və həmin fənnlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
• Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
• Etibarlı sərhədkeçmə sənədi
• Tədris dilindən imtahan verilməsi barədə sertifikat ( mövcud olduğu halda)
• 6 ədəd fotoşəkil (3×4 ölçüdə)
• Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda)