“Rəsm” kafedrası 

  Ulu Öndər Heydər Əliyevin sərəncamı əsasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılan vaxtdan (2000-ci ildən) ADRA-da digər kafedralarla yanaşı “Rəsm” kafedrası da fəailiyyət göstərir. Bu şöbədə Baloniya sisteminə uyğun olaraq dörd (4) il bakalavr, iki (2) il isə magistr pillələrində tələbələr təhsil alırlar.  

Kafedrada 16 (on altı) ştat müəllim onlardan 4 professor, 3 dosent, 3 baş müəllim, 6 müəllim və saat hesabı müəllimlər çalışırlar. Kafedrada 3 Xalq rəssamı və 1 Sənətşünaslıq üzrə Fəlsəfə doktoru fəaliyyət göstərir.

Hər il ADRA-da sərgilər təşkil olunur. Bu sərgilərdə müəllimlər öz əsərlərini tələbələr isə öz işlərini nümayiş etdirirlər. Bunlarla yanaşı kafedranın professor-müəllim heyəti hər il Elmi Yaradıcılıq işlərini təhvil verirlər və bu işlərin əsasında ADRA-nın müzeyində sərgilər təşkil olunur. Kafedranın professor-müəllim heyəti Elmi-tədqiqat işləri ilə də məşğul olurlar. Kafedrada dərs vəsaitləri, metodik vəsaitlər və proqramlar tərtib edilib.  

Kafedranın tərkibi :

Kafedra müdiri, 1 baş laborant, 1 kabinet müdiri, 1 tədris ustası