Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974–1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, «Fərqlənmə diplomu» ilə bitirmişdir. Rusiyanın Sankt Peterburq şəhərindəki V. Muxina adına Sankt Peterburq Ali Rəssamlıq Məktəbini (1978–1983) fərqlənmə diplomu ilə bitirmişdir. 1980–1983-cü illərdə V. Lenin təqaüdçüsü olmuşdur. Azərbaycan heykəltəraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının Xalq rəssamı (2005). Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru.

Mükafatları

Respublika Gənclər Mükafatının laureatı — 1989 

Azərbaycan Rəssamlar İttifaqının «Soltan Məhəmməd» mükafatı — 2000

«Azərbaycan Respublikasının Xalq Rəssamı» fəxri adı — 28 dekabr 2005

Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi «Zirvə» mükafatı — 2008

Avstriyanın I dərəcəli «Cəngavər Ordeni»(Qızıl) — 2015

«Şöhrət» ordeni — 9 avqust 2018

Əsərləri

Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə. Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y. N. Lukin).(1985)

Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990)

Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski. Kiyev, 2004)

Rumın bəstəkari Corc Eneskunun abidəsi (Bakı, 2006)

Heydər Əliyevin abidəsi (Tiflis, 2007)

Norveç səyyahı Tur Heyerdalın abidəsi (Şəki, Kiş kəndi)

Bəxtiyar Vahabzadənin abidəsi (Şəki, 2010)

Heydər Əliyevin abidəsi (Həştərxan, 2010)

Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011)

Motsartın abidəsi (Bakı, 2011)

Serb yazıçısı Milorad Paviçin abidəsi(Belqrad, 2011)

Heydər Əliyevin abidəsi (Belqrad, 2011)

Üzeyir Hacıbəylinin abidəsi (Serbiya. Novi-Sad şəhəri, 2011)

Xocalı soyqırımı abidəsi (Sarayevo, 2012)

Xocalı soyqırımı abidəsi (Mexiko, 2012)

Hüseyn Cavidin abidəsi (Montoneqro. Podqoriça, 2013)

Knyaz Vladimirin abidəsi (Həştərxan, 2013)

Xocalı soyqırımı abidəsi (Ankara, 2013)

Dostluq Abidəsi («Bakı-Həştərxan», 2013)

Xocalı soyqırımı abidəsi (Qızılca-Hamam. Türkiyə, 2014)

Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019)

Memorial lövhələr

Məmməd Səid Ordubadi (1987)

Abdulla Şaiq (1988)

Xurşudbanu Natavan (1989)

Cəlil Məmmədquluzadə (1992)

General-Leytenant Hüseyn Rəsulbəyov (1993)

Afiyəddin Cəlilov (1994)

Akademik Lətif İmanov (1995)

Şövkət Ələkbərova (1996)

İlyas Əfəndiyev (1997)

Mirvarid Dilbazi (2004)

Əli Tudə (2005)

Cabir Novruz (2006)

Nəsrulla Nəsrullayev (2006)

Zeynal Cabbarzadə (2007)