Bədii keramika, şüşə və metal kafedrası

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ – tətbiqi sənət” fakültəsində fəaliyyət göstərən kafedralardan biri də “Bədii keramika, şüşə və metal” kafedrasıdır. Kafedra 2013-cü ildən yaradılmışdır. Kafedranın müdiri baş müəllim, hüquq üzrə fəlsəfə doktoru Aynur Cəbrayıl qızı Albəndovadır. 

Kafedrada 2 ixtisas üzrə fənn tədris olunur: “Bədii keramika və şüşə”, “Bədii metal”.

“Bədii keramika” keramika ixtisasında tələbələrə keramika materiallarından (gil, saxsı, çini, şamotlu kütlə) dekorativ, məişət, təsərüffat, memarlıq və s. təyinatlı əsərlərin ideya, layihə və konstruktivləşməsi plastik keramika materiallarında fərqli üsullarla icra olunur. Keramik materiallar, boyalar və sobaların texnalogiyası, keramika məmulatlarının ərsəyə gətirilməsi üçün köməkçi fənlər (xüsusi rəngkarlıq, stilizə və dekor, plastik modelləşdirmə, xüsusi heykəltəraşlıq) tədris olunur.

“Bədii şüşə” ixtisasında qumlama, buzlama, qravirovka üsulları ilə kompozisiyaların layihələri işlənərək şüşə materialında icra edilir. Klassik və müasir vitraj kompozisiyalar işlənir və onların fraqmentləri materialda icra olunur. Bundan əlavə fyuzinq üsulu ilə kompozisiyaların layihəsini işlənərək materialda icra edilir.

“Bədii metal” ixtisasında bütün metallar haqqında geniş və ətraflı məlumat verilir. Burada həmçinin dekorativ əşyaların hazırlanması, dekorativ döymə, asma, əlvan materiallardan hazırlanmış suvenirlər, dəmirdən plastik formalar, dekorativ panno, interyer və eksteryer üçün fiqurativ kompozisiyalar, bəzək əşyaları, qadın zinət dəsti, zərgərlik, qiymətli materiallardan bədii məmulatlar hazırlanır.

“Bədii keramika, şüşə və metal” kafedrasında bakalavr pilləsi üzrə aşağıdakı fənlər tədris olunur:

“Kompozisiyanın əsasları və layihə qrafikası”

“İxtisas üzrə stilizə və dekor”

“İxtisas üzrə layihələndirmə və konstruktivləşdirmə”

“İxtisas üzrə materialda iş” 

“İxtisas üzrə material texnologiyası”

“Bədii keramikada plastik modelləşdirmə”

“Bədii şüşədə plastik modelləşdirmə”

“Bədii metalda plastik modelləşdirmə”

“İxtisas üzrə incəsənət tarixi, Xüsusi rəngkarlıq”

“Tədris yaradıcılıq təcrübəsi” Magistr pilləsi üzrə fənlər:

“Bədii keramika və şüşədə layihələndirmə”

“Bədii metalda layihələndirmə”

“Bədii metalın sənayesi”

“İxtisas üzrə materialda iş”

“Bədii keramika və şüşədə xüsusi heykəltəraşlıq”

“Bədii keramika, şüşə və metal” kafedrasında hal-hazırda professor-müəllim heyətindən ibarət olan 9 müəllim çalışır. Onlardan 4 nəfər dosent, 5 nəfəri isə baş müəllimdir. Bundan əlavə kafedrada 1 kabinet müdiri, 1 baş laborant, 1 emalatxana müdiri və 1 tədris ustası çalışır. 

Hər il professor müəllim heyəti plana əsasən elmi-tədqiqat və yaradıcılıq işləri üzrə çalışırlar. Tədrisin səviyyəsini yüksəltmək məqsədilə bütün fənn proqramları təkminləşdirilərək standartlara uyğun yenidən işlənilir.

Fənn proqramları kredit sisteminə uyğun tərtib olunur.

Kafedranın professor-müəllim heyəti Respublikamızda və bir sıra xarici ölkələrdə il boyu keçirilən sərgilərdə daim iştirak edirlər.

“Bədii keramika, şüşə və metal” kafedrasının müdiri, baş müəllim 

A.C.Albəndova