Psixoloji Mərkəz
Tələbələr-psixoloji dəstəyə ən çox ehtiyacı olan təbəqələrdən biri hesab olunur. Tələbələrlə psixoloji işin aparılmasının öz xüsusiyyətləri var. Təhsil ocağı, qapalı bir məkan olduğundan və tələbələrin bu məkanda günün böyük hissəsini keçirtdiyini nəzərə alaraq ətraf mühitlə uyğunlaşma və ünsiyyət problemləri yaşana bilər. Muasir cəmiyyətdə qarşılaşdığımız bir sıra problemlər tələbələrə çox böyük təsir edir. Nəticədə bu situasiya tələbənin həm psixologiyasını poza, həm də təhsil aldığı universitetdə tədris prosesinə mane ola bilər. Bütün bunları nəzərə alaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələrə psixoloji dəstək mərkəzi yaradılıb. Tələbələrin arasında əcnəbi tələbələrin olduğunu da nəzərə alaraq onların bizim mühitə uyğunlaşması, adaptasiya problemləri yaşadığı üçün psixoloji dəstəyə ehtiyac duyulur. Mərkəzdə təcrübəli psixoloq, həm yerli, həm də əcnəbi tələbələrə psixoloji yardım göstərir.