“Geyim Dizaynı” kafedrası
“Geyim dizaynı” kafedrasında hal-hazırda səkkiz (8) müəllim fəaliyyət göstərir. Burada tədris olunan fənnlər əsasən 2 qrupa bölünür: humanitar (ümumi) və qabiliyyət fənnləri. Qabiliyyət dərsləri əsasən Geyim dizaynı sahəsində vacib olan fənnlərdir.
Akademik fənnlər:
1. Rəsm
2. Rəngkarlıq (Dekorativ rəngkarlıq)
3. Geyim kompozisiyası
Tikiş sənayesinə aid olan fənnlər:
1. Geyimin konstruksiyası
2. Material texnika və texnologiyası
3 .Materialşünaslıq
4. Materialda iş
5. Geyim tarixi
6. İncəsənət tarixi
Akademiyada təhsil aldıqları müddətdə tələbələr akademik fənnlərlə bərabər xüsusi tikiş emalatxanalarında tikiş sənayesinin incəliklərinə yiyələnirlər. Akademiyanın başqa bölümlərində olduğu kimi “Geyim dizaynı” kafedrasında təhsil iki pilləlidir. Dörd il bakalavr, iki il magistr pilləsidir. Tələbələrimiz, xüsusi ilə yaxşı oxuyan tələbələr əksər hallarda sənətinə uyğun işlə təmin olunurlar. Sonzamanlar Respublikada keçirilən çoxsaylı tədbirlərdə “Geyim dizaynı” kafedrasının məzun tələbələri yaxından iştirak edirlər. Əsas məqsədimiz gələcəkdə tələbələrin daha yüksək professional səviyyədə təhsil almasıdır. Məqsədimizə çatmaq üçün son zamanlar Geyim dizaynı sahəsindəki yeniliklərdən maksimum istifadə etməyə çalışırıq.“Geyim dizaynı” kafedra müdiri dos. N.R.Yunusov