
Azad Sabir oğlu Zeynalov
Tədris və tərbiyə işləri üzrə prorektor
11.09.1961-ci ildə Bakı şəhərində anadan olub.
1976-1980-cı illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində təhsil alıb.
1983-1989-cu illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun
“Heykəltəraşlıq” ixtisasını bitirib.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1989-2000-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun
“Heykəltəraşlıq” kafedrasında müəllim, baş müəllim,
2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Heykəltəraşlıq”
kafedrasında baş müəllim vəzifələrində çalışıb.
2003-cü ildə Heykəltəraşlıq ixtisası üzrə “Dosent” elmi adına, 2005-ci ildə “Kaspian Enerji”, 2009-cu ildə Rəsul Rza abidəsinə görə (Göyçay şəhəri) “Rəsul Rza” mükafatlarına, 2018-ci ildə “Əməkdar rəssam” Fəxri ada laiq görülüb.
2008-2014-cü illər Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq”
kafedrasının müdiri vəzifəsində çalışıb.
2017-ci ildə Professor Elmi ada laiq görülüb.
2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris İşləri Üzrə Prorektor vəzifəsində çalışır.