Bədii-metodik şura
Bədii-metodik şura-nın fəaliyyətinin əsas qayəsini ADRA-nın müəllim və professor heyətinin elmi-yaradıcılıq və elmi tədqiqat işlərinin səviyyəsinin artırılmasına kömək və nəzarəti təşkil edir. Hər tədris ilində professor-müəllim heyəti tərəfindən təqdim edilmiş elmi-tədqiqat və yaradıcılıq işləri Bədii-metodiki şurada müzakirə edilir və nöqsanları olan işlər ancaq müəllif tərəfindən aradan qaldırıldıqdan sonra qəbul edilərək Elmi şuraya təqdim edilir. Professor və müəllim heyətinin təqdim etdikləri elmi-tədqiqat və elmi-yaradıcılıq işləri və onlarla təqdim olunan sənədlər (kafedra, fakültə, bədii – metodiki şurasının çıxarışları və rəylər) toplanaraq kitabxanaya təhvil verilir.
Bununla yanaşı Bədii-metodik şura da bakalavr və magistr diplom mövzularını müzakirə edərək hesabat verilir.