Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri Sənət Fakültəsinin “Akademik rəngkarlıq və kompozisiya” kafedrası
1963-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun tərkibində ilk dəfə olaraq Rəssamlıq məktəbinin və “Təsviri Sənət” Fakültəsinin tərkibində “Rəngkarlıq” kafedrası açılmışdır. Həmin kafedrada “Rəngkarlıq”, “Kompozisiya”, “Rəngkarlığın texnika və texnalogiyası”, “Teatr dekorasiyası”, “Kino və televiziya rəssamı”, “Yay təcrübəsi” tədris olunan ixtisaslar idi. Həmin bu ixtisaslara yiyələnmiş tələbələr professional səviyyəli gənc kadrların yetişməsində mühüm rol oynayırdı. 1993-1994-cü illərdə Təsviri sənət fakültəsinin tərkibində “Rəngkarlıq” kafedrasının əsasını Əməkdar rəssam görkəmli pedaqoq dosent Həşimov Fikrət Məhəmməd oğlu qoymuşdur. Bu prosesin inkişafı xüsusilə 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərancamı ilə yaranmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında daha da qabarıq şəkildə özünü biruzə verərək kafedranın adı dəyişilərək “Akademik rəngkarlıq” adı ilə fəaliyyət göstərməyə başladı. “Akademik rəngkarlıq” kafedrası hər iki ixtisasda Bakalavr və Magistratura pilləsi üzrə yüksək səviyyəli kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirir. “Akademik rəngkarlıq kafedrası” yenidən iki hissəyə bölünərək “Akademik rəngkarlıq və kompozisiya” kafedrası və “Rəngkarlıq” kafedrası adı altında fəaliyyət göstərməyə başladı. Tələbələrin sənətin sirrlərinə uğurla yiyələnməsinə kafedranın Xalq rəssamlarının böyük zəhməti var. Tələbələrin təhsil prosesində müasir tələblər üzrə inkişafında Beynəlxalq sərgilərin və Respublika daxili sərgi salonlarının rolu böyükdür. Kafedranın professor və müəllim heyəti arasında ölkə daxilində və xaricdə tanınmış görkəmli rəssamlarımız var.
Hal hazırda “Akademik və kompozisiya” kafedrasında 6 professor, 9 dosent, 6 baş müəllim, 3 müəllim, 1 kabinet müdiri, 2 tədris ustası, 1 laborant fəaliyyət göstərir.
Kafedrada fəaliyyət göstərən professor-müəlim heyəti:
Səlhab Məmmədov — Xalq rəssamı, professor, prorektor
Cəlil Hüseynov — Xalq rəssamı, professor
Namiq Məmmədov — Əməkdar rəssam, professor, kafedra müdiri
1.Dəzgah rəngkarlığında «Kompozisiya» — Bakalavr pilləsi üçün dərslik
2.Kompozisiya «Dəzgah rəngkarlığı» — Metodik vəsait
Çingiz Fərzəliyev — Əməkdar incəsənət xadimi, professor
1.»Rəngkarlıqda Natürmort janrı» — Vəsait
2.»Azərbaycan rəngkarlığının anatologiyası» — Albom
Firəngiz Qurbanova — Əməkdar incəsənət xadimi, professor
Arif Əbdürrəhmanov — Əməkdar rəssam, dosent
İnna Kostina — Əməkdar rəssam, dosent
1.»Kino dekorasiyasının kompozisiya quruluşu» — Dərs vəsaiti
2.»Bədii filmin yaranmasında qurluşçu rəssamın rolu» — Metodik vəsait
İsa Məmmədov Əməkdar rəssam, dosent
Həsənağa Məmmədov — Əməkdar rəssam, baş müəllim
Akif Kazımov — Əməkdar rəssam, professor
Bəxtiyar Yusifov — dosent, fəlsəfə doktoru
Bağman Məmmədov — dosent
Zemfira Əliyeva — dosent
«XX əsrdə Azərbaycan rəngkarlığının inkişaf mərhələsi» — Metodik vəsait
İbrahim Rzayev — dosent
Sübhan Məmmədov — dosent
Aydın Hüseynov — dosent
»Təsviri sənətdə natürmort janrı» — Dərs vəsaiti
Ayan Əzizova — Sənətşünaslıq üzrə fəlsəfə doktoru
«Qrafikada portret janrı» — Metodik vəsait
“Akademik rəngkarlıq və kompozisiya” kafedrasının müdiri N.Z.Məmmədov