Memarlıq kafedrası
2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası yaradılarkən «Memarlıq» kafedrasını yaratmaq məqsədi ilə təcrübəli memar dosent, Azərbaycan Memarlar İttifaqının üzvü Kazım Əlişir oğlu Ağabəyov akademiyaya dəvət olunmuşdur. Həmin vaxt 10 (on) müəllim heyyəti ilə kafedra fəaliyyətə başlamışdır. Hal-hazırda “Memarlıq” kafedrasında 17 (on yeddi) professor müəllim heyyəti çalışır. Onlardan 2 (iki) nəfəri “Sənətşünaslıq” doktoru, 2 (iki) nəfəri “Əməkdar memar”, 1 (bir) nəfəri “Respublika Dövlət mükafatı laureatı” «Şöhrət» ordeni laureatı, 2 (iki) nəfəri professor, 3 (üç) nəfəri Dosent, 4 (dörd) nəfəri baş müəllim, 5 (beş) nəfəri müəllim, 3 (üç) nəfəri saat hesabı müəllim çalışır. Hazırki kafedra müdiri Dosent Gülər Gülağa qızı Məmmədovadır.
Artıq tələbələrimiz Azərbaycan və xarici ölkələrin müxtəlif layihə İnstitutlarında fəaliyyət göstərirlər. “Memarlıq” kafedrasının müəllimləri “Memarlıq” ixtisasında və Dizayn “İnteryer üzrə dizayner” ixtisaslaşmasında dərs tədris edirlər. Hal-hazırda “Memarlıq” üzrə 45 tələbə təhsil alır. Tələbələrimiz beynəlxalq müsabiqələrdə müvəffəqiyyətlə iştirak edir. Memarlıq kafedrasının əsas məqsədi bu günün tələblərinə cavab verə bilən yüksək səviyyəli, peşəkar memar və interyer üzrə dizayner ixtisasları üzrə tələbələrin hazırlanmasıdır. Akademiyanın rektoru akademik Ö.H. Eldarovun tövsiyəsi ilə gənc məzunlar pedoqoji fəalliyyətə cəlb olunmuşlar.
Təhsil
Daxil olmaq istəyən abituriyentlər qabiliyyət seçimindən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul (test) imtahanlarında iştirak edir və rəsm və rəsmxətdən qabiliyyət imtahanı verirlər. Fakültədə təhsil Azərbaycan, Rus dillərində aparılır.
Tədrisin Təşkili
Kafedrada dərslər layihə, mühazirə və məşğələ formatında tədris edilir. Fənnlərdən asılı olaraq layihə yönümlü fənlər kurs layihəsi, kurs işindən ibarətdir və bir-birini ardıcıl şəkildə tamamlayaraq bütün tədris boyu davam edir.
Memarlıq kafedrasının layihələndirmə ixtisası üzrə tərtib edilmiş proqramı, öz tərkibində klassik memarlıq müasir ənənələrinin tədrisindən başlayaraq sonradan memarlıq üsullarının öyrənilməsi metodlarını əhatə edir. Bu işdə tələbələrə layihələndirmə üsullarının tədrisi ilə yanaşı olaraq, təsviri sənətin bir çox növlərini əhatə edən kompozisiya qanunları da aşılandırılır. Layihələndirmə prosesi sadə obyektin planlaşdırılması metodlarının öyrənilməsi ilə başlanır. Buna paralel olaraq layihələndirmənin ilkin şərti olan funksional əlaqələr sxemləri öyrədilir. Konstruktiv nöqteyi nəzərdən layihə işləri kiçik aşırımlı binaların həllindən başlayır. Sonrakı mərhələlərdə aparılan layihələndirmə işləri əvvəl orta aşırımlı, sonradan isə iri aşırımlı konstruksiyaların tətbiqi əsasında aparılır. Bu işlər müvafiq olaraq əsasən yaşayış evləri, ictimai binalar, idman kompleksləri və başqa növ binaların layihələrinin tərtibi vasitəsi ilə yerinə yetirir. Bununla yanaşı olaraq, müəyyən mərhələdə şəhərsalma, iqlim və memarlıq qanunları tədris olunur və bunun da yekunu kimi tələbələr yaşayış mənzili və mikrorayon planlaşdırılması layihələri tapşırıqları üzərində işləyirlər. Sonuncu mərhələdə tələbələr bütün keçilmiş kurslar üzrə aparılan layihə işlərinin təcrübəsi əsasında iri miqyaslı yaşayış, istirahət, turizm və idman kompleksləri və s. layihələri tərtib edirlər.
Tələbələrin buraxılış işləri