“DİZAYN” kafedrası
«Dizayn» kafedrasında tam ştat üzrə 16 professor – müəllim heyyəti çalışır.
Onlardan 2 professor, 6 dosent, 5 baş müəllim, 3 müəllim fəaliyyət göstərir.
Kafedra “Dizayn” ixtisasının “Sənaye dizaynı”, “Qrafik Dizayn” və “İnteryer üzrə dizayn” ixtisaslaşmalarının bakalavr və magistrlarının bütün fənlər üzrə nəzəri və təcrübə hazırlıqlarını təmin həyata keçirir. Tədris prosesində tələbələrə dizaynda xüsusi rəsm (magistr), dizaynda xüsusi rəngkarlıq (magistr), dizaynda layihələndirmə (magistr), maket (magistr), dizaynın əsasları, maketləşdirmə, erqonomika, konstruktivləşmənin əsasları, arxitektonika, poliqrafiyanın əsasları, qrafik dizaynda layihələndirmə, qrafik dizaynda maketləşdirmə, sənaye dizaynında layihələndirmə, sənaye dizaynında maketləşdirmə, interyerin bədii layihələndirilməsi, layihə qrafikası və rəngli kompozisiya, material texnika və texnologiyası, kompüter qrafikası və 3D max fənləri tədris olunur. Fənn proqramları kredit sisteminə uyğun tərtib olunur.
İkinci təhsil ilindən tələbələr öz seçimləri əsasında təhsillərini sənaye, interyer və ya qrafik dizayn ixtisaslaşmaları üzrə davam etdirirlər. “Sənaye dizaynı” ixtisaslaşmasında təhsil alan tələbələr — sənaye məhsullarının layihələndirilməsi: konstruktiv, erqonomik, forma, rəng, material həlli ilə məşğul olurlar. “Qrafik dizayn” ixtisaslaşmasında təhsil alan tələbələr isə vizual reklamın konstruktiv və həcm – fəza həlli, loqo, plakat, buklet və digər məhsulların dizayn həlli ilə məşğul olurlar. “İnteryer üzrə dizayn” ixtisaslaşmasında təhsil alan tələbələr isə interyerin bədii layihələndirilməsi və məqsədəuyğun avadanlığın yerləşdirilməsi ilə məşğul olurlar.
Tələbələrin diplom layihələri həm praktiki, həm də yaradıcılıq xarakterlidir. Kafedra müəllimləri və tələbələr mütəmadi olaraq respublika və beynəlxalq əhəmiyyətli sərgilərdə iştirak edirlər. Kafedranın məzunları dizayn-layihələrin yaradılmasında mühüm əhəmiyyət daşıyan həm klassik, həm də XXI əsrin müasir informasiya və rəqəmsal texnologiyalarından istifadə etmək bacarıq və səriştəsinə yiyələnirlər. Bu gün məzunlarımıza yüksəkixtisaslı mütəxəssis kimi böyük tələbat var və onların demək olar ki, hamısı böyük reklam şirkətlərində və müəssisələrində yaradıcılıq fəaliyyəti ilə məşğuldurlar. Kafedranın formalaşmasında ilk kafedra müdiri Əməkdar rəssam, professor Arif Ələsgərovun böyük rolu olub.
Kafedrada fəaliyyət göstərən professor-müəlim heyəti:
1. Faiq Dadaşov — professor 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub. “Material texnika və texnalogiyası” (2019) dərs vəsaiti, “Erqanomika” (2015) dərsliyinin müəllifidir.
2. Arif Ələsgərov — professor, əməkdar rəssam 2021-ci ildə III dərəcəli “Əmək” ordeni ilə təltif olunub. “Estampın tarixi və ofort yaradıcılığının texniki üsulları” və “Dizaynda kompozisiya” dərs vəsaitlərinin müəllifidir.
3. Şahin Məhəmmədhüseyn oğlu – dosent, “Azərbaycanda dizaynın təşəkkülü və inkişafı” (2012)
3. Yevgeniya Aşurlı – dosent “Erqanomika” (2015)metodik vəsait, ”Dizayn tədrisində giriş kursunun əhəmiyyəti” (2015) metodik vəsait, Texniki fənlərin dizayn təhsilində əhəmiyyəti” (2014) metodik vəsaitlərinin müəllifidir.
4. Baş müəllim Ağayev Eldar, Əliyeva Zümrüd “Poliqrafiyanın əsasları” (2021) dərs vəsaiti
5. Xatirə Hüseynəliyeva — baş müəllim «Loqo dünyası» (2022) metodik vəsait
6. Əfrasiyab Məmmədov — dosent “Maketləşdirmə” metodik vəsait , “Dizaynın müasir inkişaf istiqamətləri” dərs vəsaiti , “Dizaynın əsasları” dərs vəsaiti
7. Lalə Abdullayeva — dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru “Qrafik dizaynda firma üslubu” metodik vəsait (2012) , “Şəhər reklamının inkişafı” metodik vəsait (2010), “Azərbaycan qrafik dizaynın inkişfı və tədrisi metodik vəsait (2010).
8. Həşim Elçiyev — əməkdar rəssam
9. Fərhad Əliyev – dosent, “Dizayn — tarix, nəzəriyyə, praktika” (2006)
10. Vəfaqət Babayeva – baş müəllim “Dizaynda xüsusi rəsm” (2022)
Hal-hazırda “Dizayn” kafedrasının müdiri dosent Faiq Dadaşovdur.