Mühasibatlıq

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Maliyyə Təsərrüfat fəaliyyətinin uçotu mühasibatlıq tərəfindən aparılır. Mühasibat şöbəsində 9 nəfər işçi çalışır:

Aparıcı mühasib – 6 nəfər

İqtisadçı – 1 nəfər

Baş mühasibin müavini – 1 nəfər

Baş mühasib – 1 nəfər

Hazırki dövrdə uçot “İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlara uyğun mühasibat uçotunun aparılması qaydaları”na əsasən aparılır. Uçotun düzgünlüyünün və səmərəliliyinin artırılması məqsədi ilə mühasibatlıq ən müasir, keyfiyyətli proqramlar tətbiq etməklə tam şəkildə avtomatlaşdırılmışdır. Mühasibat uçotu aşağıdakı sahələr üzrə tənzimlənir:

— Əmək haqqının uçotu

— Ödənişli təhsilin uçotu

— Tələbə təqaüdünün uçotu

— Əsas vəsaitlər və digər qiymətlilərin uçotu

— Bank əməliyyatlarının uçotu

— İqtisadiyyatın təşkili

— Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin uçotu

— Maliyyə hesabatlarının hazırlanması və göndərilməsi