SEÇİLƏCƏK PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN VƏZİFƏLƏRİ:
Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
Kurs sillabusunun hazırlanması;
Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar
müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.
MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN NAMİZƏDƏ TƏLƏBLƏR:
Əlaqədar sahədə magistr və daha yüksək elmi dərəcəyə malik olması;
Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
İnnovativ tədris metodlarından istifadə etməsi;
Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
Dinamik, təşəbbüskar, pozitiv olması;
Geniş dünya görüşün və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi
motivasiyanın olması.
QEYD EDİLƏN VƏZİFƏ VƏ TƏLƏBLƏRƏ UYĞUN GƏLƏN NAMİZƏDLƏRİN
AŞAĞIDAKILARI BİLMƏSİ VACİBDİR:
Hər bir namizəd ən çoxu 2 Fənn üzrə müraciət edə bilər;
Vakant fənlərin siyahısına «Fənlər» bölməsində baxa bilərsiniz;
Müraciət etmək üçün «Müraciət forması»nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;
Qeydiyyatınızı tamamladıqdan sonra sənədlərinizin (şəxsiyyət vəsiqəsi, sertifikat, diplom və
onların nostrifikasiyası) surətlərini teacher@sabah.edu.az ünvanına göndərməyiniz tələb olunur;
Qeydiyyat ilə bağlı sual yarandıqda, teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;
Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı
vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq;
Bu seçim müvafiq fənn üzrə yalnız 2023/2024-cü tədris ilinin payız semestrində tədrisini nəzərdə tutur.
Beləliklə, növbəti tədris ilində (semestrində) Sizin bu fənni tədris etməklə bağlı öhdəliyiniz,
SABAH qrupları layihəsinin İcra Komitəsinin isə mütləq təminatı yoxdur.
MÜSABİQƏDƏ İŞTİRAK ÜÇÜN SON MÜRACİƏT TARİXİ: 11.07.2023-CÜ İL, 00:00
QEYD: SEÇİM ZAMANI ELMİ DƏRƏCƏ, MÜVAFİQ SAHƏ ÜZRƏ İŞ VƏ YA ALİ
TƏHSİL MÜƏSSİSƏSİNDƏ TƏDRİS TƏCRÜBƏSİ VƏ XARİCDƏ TƏHSİLİN
OLMASINA ÜSTÜNLÜK VERİLƏCƏKDİR.