TƏKRAR ALİ TƏHSİL ALMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!!!

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2023/2024-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə əyani formada təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir.

Təkrar ali təhsil almaq üçün sənədlərin qəbulu 2023-cü il iyun ayının 1-dən sentyabr ayının 5-dək həyata keçiriləcəkdir. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri Akademiyanın “Tədrisin təşkili və keyfiyyətin təminatı” şöbəsinə (şənbə və bazar günləri istisna olmaqla ) saat 10ºº -dan     15 ºº -dək təqdim edə bilərlər.

1. Akademiyanın rektorunun adına ərizə

2. Ali təhsil haqqında diplomun notarial qaydada təsdiq olunmuş surəti

3. Diploma əlavənin notarial qaydada təsdiq olunmuş surəti

4. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti

5. 3×4 sm. ölçüdə 3 ədəd fotoşəkil

6. Hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün)

7. Seçdiyi ixtisasa uyğun yaradıcılıq işləri

         1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.

         Təhsilalma tədrisə tam və ya qismən (fulltime, parttime) cəlbolunma olunacaqdır.

        Təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında təhsilin birinci yarım ilində tam və ya I yarımil üçün ödəniləcəkdir.

       

Ünvan: Bakı şəhəri, Heydər Əliyev pr.26, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Əlaqə nömrəsi: (+99412) 567-98-83