Elan

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 

portal.edu.az saytına daxil olmalı, orada “Ali təhsil və orta ixtisas təhsil müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.   Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 12 aprel tarixindən başlayacaq. 16 may 2023-cü il sənəd qəbulu üçün son tarixdir. 

Fəlsəfə doktoru proqramı üzrə: 

Doktorantura (dövlət sifarişli və ödənişli əsaslarla):

Təsviri sənət 6215.01 – 1əyani yer

Dekorativ-tətbiqi sənət 6218.01 – 1 əyani yer

Dekorativ-tətbiqi sənət 6218.01 – 1 qiyabi yer


Dissertantura (büdcə hesabına və ödənişli əsaslarla):

Təsvir sənət 6215.01 – 2 yer

Dekorativ-tətbiqi sənət 6218.01 – 1 yer




Doktorantura və dissertanturaya qəbul olmaq üçün lazım olan sənədlər:

1.   Kadrların şəxsi – qeydiyyat vərəqi

2.   Tərcümeyi – hal

3.   2 ədəd fotoşəkil (3 x 4 sm ölçüdə)

4.   İş yerindən xasiyyətnamə

5.   İş stajı olanlar üçün əmək kitabçasından çıxarış

6.   Çap olunmuş elmi işlərin siyahısı, seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə)

7.   Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) 

8.   Şəxsiyyəti təsdiq edən sənədin surəti


Əlaqə nömrəsi: 012-567-91-83