ADRA-nın SABAH qruplarında təhsil alan tələbə və məzunların nəzərinə! SABAH QRUPLARI TƏLƏBƏLƏRI və MƏZUNLARI ÜÇÜN 500 AVRO DƏYƏRINDƏ DIZAYN MÜSABIQƏSI ELAN OLUNUR!
Bakıdakı Almaniya Səfirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları tələbələri və məzunları üçün Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş dizayn müsabiqəsini elan edir!
Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıda qeyd olunan mövzuya uyğun dizayn təkliflərinin təsvirini A3 kağıza çəkərək (və ya rəngli çap edərək) müvafiq universitetlərin SABAH Mərkəzinə təqdim etməlidirlər. Təkliflər rəsm əsəri, qravirovka, qrafiti, loqo və s. formalarda hazırlana bilər.
Təklifin yer aldığı A3 vərəqinin arxa üzündə dizayn müəllifinin aşağıdakı məlumatları qeyd olunmalıdır:
Ad, soyad
Doğum tarixi
Email ünvanı
Əlaqə nömrəsi

Müsabiqənin mövzusu: «Nizami və Şiller».
Təkliflərin təqdim olunması üçün son tarix: 23 iyul 2021-ci il
Müsabiqənin qalibi Almaniya Səfirliyinin təsdiq edilmiş komissiyası tərəfindən müəyyən ediləcək və ən yaxşı dizaynın müəllifi 500 avro dəyərində mükafatla təltif olunacaq. Eyni zamanda, seçilmiş dizayn hədiyyə çantaları, afişalar və kartların üzərində Səfirlik tərəfindən istifadə olunacaq.

Tags

Comments are closed