Memarlıq və dizayn

“Memarlıq və Dizayn” fakültəsi haqqında

Fakültə 2001-ci ildə yaradılıb. 2013-cü ilədək fakültədə aşağıdakı ixtisaslar üzrə ali təhsilli mütəxəssislər hazırlanmışdır:

·    Memar

·    İnteryer üzrə rəssam

·    Sənaye dizaynı

·    Reklam işi üzrə rəssam

·    Modelyer rəssam

·    Şüşə-keramika

·    Xalçaçı rəssam

·    Bədii toxuculuq

·    Metal üzrə rəssam

Hal-hazırda fakültə “Memarlıq, Dizayn, Geyim dizaynı və Rəngkarlıq” kafedralarını özündə birləşdirir. Fakültənin məzunları memar, qrafik dizayner, sənaye dizaynı, interyer üzrə dizayner, və modelyer dizayner peşələrinə yiyələnirlər. Dizayner peşəsinə yiyələnən hər bir məzun isə konstruktor bürolarında, elmi-tədqiqat laboratoriyalarında, modalar evində və s. sahələrdə rəssam-tərtibatçı, rəssam-modelçi, konstruktor kimi fəaliyyət göstərə, magistraturanı bitirən tələbələr isə bununla bahəm elmi-pedaqoji fəaliyyətlə də məşğul ola bilərlər.

 Fakültədə mütəxəssiz müəllimlər fakültənin formalaşmasında, onun yaradıcı potensialının artırılmasında və yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynamışlar. Fakültədə tədris azərbaycan dillərində olmaqla əyani formada aparılır.

  “Memarlıq və Dizayn” fakültəsinin dekanı dosent Fərhad Baba oğlu Əliyevdir.

KADR HAZIRLIĞI

BAKALAVRİAT

1. Memarlıq

2. İnteryer üzrə dizayn

3. Sənaye dizaynı

4. Qrafik dizaynı

5. Geyim dizaynı

MAGİSTRATURA

1. Memarlıq

2. İnteryer üzrə dizayn

3. Sənaye və Qrafik dizayn

4. Geyim dizaynı


Kafedralar

Rəngkarlıq

Memarlıq

Dizayn

Geyim-Dizaynı