Nərimanov rayonunda “12 avqust — Beynəlxalq Gənclər Günü» ərəfəsində azərbaycanlı və əcnəbi gənclər ilə görüş keçirilib. Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə «12 avqust — Beynəlxalq Gənclər Günü» ərəfəsində azərbaycanlı və əcnəbi gənclər ilə görüş keçirilib. Bu görüşdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan tələbələr də iştirak edib. Tədbirdə iştirak edən akademiyanın əcnəbi tələbələri sonda, “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibəti ilə fəxri fərmanla təltif olunub. Fəxri fərmanla təltif olunan tələbələrimiz:
Salman Zahid — Pakistan İslam Respublikasının vətəndaşı, MD Wasim — Banqladeş Xalq Respublikasının vətəndaşı.
Comments are closed