2 fevral Gənclər Günü ilə əlaqədar olaraq Azərbaycan Respunlikası Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin İcra Komitəsinin əməkdaşlarını və ADRA-nın SABAH qruplarının “Bədii xalça” ixtisası üzrə IV kurs tələbələri, müəllimləri və diplom işi rəhbərləri «Azərxalça» ASC-nin Qobu qəsəbəsində yerləşən Abşeron xalça emalatxanasında «Xalça istehsalında bir gün» adlı tədbirdə iştirak ediblər. «Azərxalça» ASC ilə Rəssamlıq Akademiyası arasında əməkdaşlığın davamı olaraq, “Bədii xalça” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin təqdim etdikləri diplom işlərinin layihələrinin və çeşnilərinin eskizləri əsasında 6 xalça toxunacaq və tədris ilinin sonunda diplom işi kimi müdafiəyə təqdim olunacaq. Tədbir zamanı tələbələr həmçinin «Azərxalça»-nın ən yaxşı toxucularından ustad dərsi aladılar. Belə tədbirlər istehsalatla  təhsil arasında daha geniş qarşlılıqlı əlaqəyə yeni təkan verəcək.

Tags

Comments are closed