Fevralın 16-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsinə təyin edilmiş Xalq rəssamı, professor, Natiq Əliyev akademiya kollektivinə təqdim olundu.
Tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, eləcə də akademiyanın pedaqoji kollektivi iştirak ediblər.
Elm və təhsil naziri, Natiq Əliyevin yeni fəaliyyətində davamlı uğurlar arzulayıb.
Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyini söyləyib.
Comments are closed