Bugün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində «Aləm Gözəldir» adlı sərginin açılışı oldu. Sərgi 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunub. Açılışda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı, professor Natiq Əliyev çıxış etmiş, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev və Muzey-Sərgi kompleksinin müdiri Əməkdar İncəsənət xadimi Lalə Eldarova sərgi haqqında öz təəssüratlarını bölüşüblər. Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü olaraq tanınan, qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. Sərgidə 100-ə yaxın müxtəlif janr və üslubda hazırlanmış rəsm, keramika, xalçaçılıq, heykəltəraşlıq, zərgərlik əsərləri nümayiş olunur.

















Comments are closed