Bugün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə ADRA-nın rəhbər və professor-müəllim heyəti ilə yanaşı Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Polşada Fövqəladə və Səlayyihətli səfiri olmuş, Azərbaycan Respublikasının sabiq Xarici İşlər Naziri Həsən Həsənov fəxri qonaq qismində iştirak etmişdir. Tədbirin açılışını ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev edərək, öz çıxışında Qurtuluş gününün tarixçəsindən və Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin konsepsiyasının yaratmasından, qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyin bərpasını təmin etməsindən, Azərbaycanın yeni tarixinin təməlinin qoyulmasındaki rolundan bəhs etdi. Daha sonra ADRA-nın «Humanitar və ictimai fənlər» kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə öz çıxışında, milli qurtuluş ideologiyasının vacibliyi, müstəqil respublikamızın davamlı inkişafındakı rolundan, dünya miqyasında Azərbaycanın nüfuzunun artmasından və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdəki sosial iqtisadi və siyasi inkişaf haqqında danışmışdır. ADRA-nın Hüqüq-inzibati və təşkilati məslələr üzrə rektorun müşaviri Natiq Cəlilov öz çıxışında o zamanki siyasi hakimiyyət boşluğundan, yaranmış xaosdan və Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dövləmizdə yaranmış sabitlik və əmin-amanlıqdan danışdı. Daha sonra Ulu Öndər Heydər Əliyev ilə uzun zaman bərabər çalışmış cənab Həsən Həsənov Azərbaycanın kənd təsərrüfatı və sənayesindən həmçinin bölgələrin inkişafından və Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi əvəzsiz xidmətlərindən bəhs etdi.

Tags

Comments are closed