18 may -18 iyun 2023-cü il, hər il olduğu kimi, ölkəmizdə «İnsan Hüquqları Aylığı» edilməsi ilə əlaqədar ADRA-da iclas keçirilmişdir. İclasda Tədris və tərbiyə işləri üzrə prorektor, professor Azad Zeynalov, hüquqi-inzibati və təşkilati məsələlər üzrə rektorun müşaviri Natiq Cəlilov, “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin dekanı dosent Sevinc Ələsgərova, “Dekorativ-tətbiqi sənət” fakültəsinin dekanı dosent İmran Kərimov, “Memarlıq və Dizayn” fakültəsinin dekanı dosent Fərhad Əliyev, Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin müdiri Dilşad Nəcəfova, İnsan Resursları şöbəsinin müdiri İradə Hümbətova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Afaq Hüseynova, Həmkarlar İttifaqı Komitəsinin sədri Emin Ələkbərov iştirak etmişdirlər. Hüquqi-inzibati və təşkilati məsələlər üzrə rektorun müşaviri Natiq Cəlilov öz çıxışında, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 07.06.2023-cü il tarixli məktubu əsasında görülmüş işlərlə bağlı bildirdi ki, hər il olduğu kimi bu ildə insan hüquqları ilə bağlı məsələlər müzakirə olunur. Kollektiv müqaviləyə görə əməkdaşların əmək hüquqları qorunur, iş saatları 8 saatdan artıq deyil, əlillik dərəcəsinə görə əmək haqlarına əlavələr verilir. Təhsil alanların və Təhsil verənlərin bütün hüquqları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının səlahiyyətləri çərçivəsində qorunur və müdafiə olunur. Hüquqların pozulması halında operativ olaraq lazımi dəstək və müdaxilə edilir. Hər hansı hüquq pozuntusu ilə bağlı hər hansı müraciətin olacağı təqdirdə də operativ olaraq həmin müraciət(lər)in baxılması üçün aidiyyəti (cavabdeh) şəxslər təlimatlandırılıblar.
Comments are closed