Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Qrafika” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sabir Qasımovun “Ömrün 50-ci payızı” adlı ilk fərdi sərgisi keçirilib.
Sərgi Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda baş tutub. Sərgidə Sabir Qasımovun qrafika əsərlərindən ibarət 64 kompozisiyası nümayiş olunub. Rəssamın yaratdığı hər bir sənət nümunəsində müxtəlif mövzular və mənalar öz əksini tapır.
Nümayiş olunan rəsmlər 44 günlük Vətən müharibəsindən sonra rəssamda yaranan duyğu və düşüncələrin əksidir. Bu mövzu onun silsilə şəklində çəkərək ərsəyə gətirdiyi “Sürət”, “Zaman”, “Zəfər” adlı lünoqravüralarında, ofort texnikasına aid əsərlərində, karton üzərində oyma işlərində, həmçinin rəngkarlıq əsərlərində əks olunur.
“Ömrün 50-ci payızı” adlı sərgi rəssamın ömür yolunda yaratdığı sənət nümunələrinin əksi ilə tamamlandı.
Qeyd edək ki, beynəlxalq və respublika səviyyəli bir çox sərgilərin iştirakçısı olan Sabir Qasımov Azərbaycan Rəssamlar İttifaqının və Karikaturaçılar Birliyinin üzvüdür.
Comments are closed