Dekabrın 22-də Müasir İncəsənət Muzeyində ADRA-nın “Heykəltəraşlıq” kafedrasının müəllimi Rahib Qarayevin “Nağıl kimi” adlı fərdi sərgisi açılıb.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev fərdi sərgi açmağın çox məsuliyyətli və böyük zəhmət tələb edən iş olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, heykəltəraş müxtəlif rəngləri özündə birləşdirən möhtəşəm bir palitra yaradıb.
Xalq rəssamı, akademik Ömər Eldarov rəssam üçün hər bir sərginin premyera və bayram olduğunu vurğulayıb.
Xalq rəssamı Fuad Salayev qeyd edib ki, rəssam əsərlərində gizli dünyasını və düşüncələrini əks etdirir.
Sonda sərgi ilə tanışlıq olub.
Rahib Qarayevin “Nağıl kimi” adlı fərdi sərgisi 10 yanvar 2024-cü il tarixinədək Müasir İncəsənət Muzeyində davam edəcək.
Comments are closed