28 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində növbəti tədbir planına müvafiq olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində “Rəsm” və “Bədii keramika, şüşə və metal” kafedralarının birgə təşəbbüsü ilə sərgi keçirildi. Sərgidə hər iki kafedranın professor-müəllim heyətinin əsərləri nümayiş olunur.
Sərgini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev açıq elan edərək sərgi münasibətilə iştirakçıları təbrik etdi. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin ADRA-da ilboyu davam etdiyini və keçirilən sərgilərin əhəmiyyətini xüsusi vurğuladı. Bugünki sərginin ilin yekun sərgisi olduğunu qeyd etdi. Rektor öz növbəsində qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hərkəsi təbrik etdi.
Beynəlxalq əlaqələr üzrə prorektor Səlhab Məmmədov öz növbəsində çıxış edərək bu sərginin əhəmiyyətini vurğuladı. ADRA-nın professor-müəllim heyətinin İstanbulda keçirilən sərgisində “Rəsm” və “Bədii keramika, şüşə və metal” kafedralarının fəal iştirak etdiyini bildirdi.
Sərgidə “Rəsm” kafedrasının müdiri Ramil Əliyev bu sərginin sanki bir hesabat olduğunu qeyd edərək, sərgi haqqında ümümi məlumat verdi. Təşkilatçılığına görə akademiya rəhbərliyinə təşəkkürünü bildirdi.
Açılış nitqindən sonra sərgiyə baxış keçirildi. Akademiyanın rektoru Natiq Əliyev və digər qonaqlar nümayiş olunan əsərlərlə tanış olub, öz təəssüratlarını bölüşdülər.
Ümumilikdə sərgidə professor müəllim heyətinin 60-dan artıq qrafika, rəngkarlıq, heykəltəraşlıq, keramika, zərgərlik, şüşə və digər yaradıcılıq nümunələri nümayiş olunur.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 7 yanvar 2024-cü il tarixinədək davam edəcəkdir.
Comments are closed