Akademiya Haqqında
Azərbaycan Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltəraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiyanın məzunlarının yiyələndikləri bilik və bacarıqlar onlara təsviri sənətin bütün sahələrində çalışmaq imkanı verir. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltəraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ-tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.
Elmi Şuranın tərkibində yer alan tanınmış rəssamlar və təcrübəli müəllimlər müasir tələblərə cavab verən rəssamlıq konsepsiyasını yaradır, tədrisin təşkili və məzmunu ilə bağlı sənədlər hazırlayırlar.
Hal — hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət və Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltəraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir. Ölkəmizdə gedən genişmiqyaslı şəhərsalma işləri, zamanın sosial tələbatı rəssam təfəkkürlü memarlara ehtiyac olduğunu üzə çıxardı. 2001 — ci ildə, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada “Rəssam — memar” kadrları hazırlığına başlandı. Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Sənətşünaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir. Bakalavr pilləsi üzrə rəngkarlıq, heykəltəraşlıq, qrafika ixtisasları üzrə təhsil 5 il, dekorativ — tətbiqi sənət, memarlıq, dizayn və sənətşünaslıq ixtisasları üzrə 4 ildir. Magistratura pilləsində isə təhsil 2 ildir. Həm bakalavr, həm də magistrlara diplom işini yerinə yetirmək üçün fərdi emalatxanalar ayrılır. Rəngkarlıq, heykəltəraşlıq, qrafika ixtisasları üzrə tələbələr II kursu bitirdikdən sonra ixtisas dərslərini öz seçimlərinə görə akademik, professor və ya Xalq rəssamlarının rəhbərlik etdiyi yaradıcılıq emalatxanalarında (studiyalarda) davam etdirirlər . Rəngkarlıq, rəsm, kompozisiya fənləri ilə bərabər hər yaradıcılıq emalatxansının (studiyanın) fərdi, xüsusi proqramı var. Studiyalarda canlı model ilə işə üstünlük verilir. “Memarlıq və dizayn” fakültəsində ixtisaslaşma seçimi II kursdan başlayır. Akademiyada dərslər yaxşı təchiz olunmuş auditoriyalar, emalatxana, laboratoriya və studiyalarda aparılır . Tələbələr müəllimlərin rəhbərliyi ilə plenerdə işləyir, Milli incəsnət müzeyi, Müzey mərkəzi, digər müzey və qalereyalarda, Botanika bağında təcrübə keçirlər. Hər semestrin sonunda tələbələrin bilik və bacarıqları əvvəlcə kafedra tərəfindən, sonra isə rektor baxışında qiymətləndirilir. Ən yaxşı işlər akademiyanın fondu üçün seçilir. Akademiyada doktorantura və dissentantura üzrə də kadr hazırlığı aparılır. Akademiyanın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq Rəssamı prorfessor Fuad Salayevin təşəbbüsü ilə akademiyada Elm şöbəsi və Müdafiə Şurası yaradıldı, Müdafiə Şurasına akademiyanın professorları ilə yanaşı Milli Elmlər Akademiyasının mütəxəssisləri də daxildir . Akademiyada tədris prosesinə tanınmış sənətkarlar, təcrübəli mütəxəssis və müəllimlər: 9 Xalq rəssamı, 4 Əməkdar incəsənət xadimi, 15 Əməkdar rəssam, 2 Əməkdar memar, 4 Əməkdar mədəniyyət işçisi, 1 akademik, 35 elmlər namizədi, 2 elmlər doktoru, 44 fəlsəfə doktoru, 26 professor və 61 dosent cəlb edilib . Akademiyanın rəhbərliyi kadr seçimində ən istedadlı məzunlarımızın pedaqoji fəaliyyətə cəlb edilməsinə üstünlük verir. Rəssamlıq Akademiyasının tərkibinə daxil olan Muzey — sərgi kompleksinin nəzdində yaradıcılıq studiyaları və istedad hazırlıq kursları fəaliyyət göstərir . Akademiyanın bu illər ərzində tələbə və məzunların ən yaxşı işləri toplanmış metodik fondu mövcuddur.
Elanlar
ADRA-nın SABAH qruplarında (bakalavriat) 2023/2024-cü tədris ilinin payız semestrində vakant yerlər üçün müsabiqə elan olunur.
ADRA-nın SABAH qruplarında 2022/2023-cü tədris ilinin yaz semestrındə aşağıdakı fənlərin tədrisini aparmaq məqsədi ilə vakant fənlər üçün müsabiqə elan olunur.
ADRA-nın SABAH qruplarında 2022/2023-cü tədris ilinin payız semestrində vakant yerlər üçün müsabiqə elan olunur.
ADRA-nın SABAH qruplarında 2022/2023-cü tədris ilinin payız semestrində müəllim qəbulu üzrə son qeydiyyat tarixi 27.06.2022 saat 00:00-dək uzadıldı.
SON XƏBƏRLƏR
Akademiyada baş tutan ən son tədbirlər, görüşlər haqqında xəbərlər.
Fakültələr Və Kafedralar
Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tətbiqi sənət” fakültələri və “Heykəltəraşlıq”, “Akademik rəngkarlıq və kompozisiya”, “Qrafika”, “Rəsm”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər”, “Dizayn”, “Geyim dizaynı”, “Rəngkarlıq”, “Memarlıq”, “Bədii toxuculuq və xalça sənəti”, “Bədii keramika, şüşə və metal” kafedraları mövcuddur.
TƏHSİL
Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Sənətşunaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir. Tədris azərbaycan dilindədir. Bakalavr pilləsi üzrə rəngkarlıq, heykəltəraşlıq, qrafika ixtisasları üzrə təhsil 5 il, dekorativ-tətbiqi sənət, memarlıq, dizayn və sənətşünaslıq ixtisasları üzrə 4 ildir. Magistratura pilləsində təhsil 2 ildir. Həm bakalavr, həm magistrlara diplom işini yerinə yetirmək üçün fərdi emalatxanalar ayrılır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və dizayn”, “Dekorativ-tətbiqi sənət” fakültələri mövcuddur.
Təsviri sənət və sənətşünaslıq fakültəsinin kafedraları: “Heykəltəraşlıq”, “Akademik rəngkarlıq və kompozisiya”, “Qrafika”, “Rəsm”, “İncəsənət tarixi” .
Memarlıq və dizayn fakültəsinin kafedraları: “Dizayn”, “Geyim dizaynı”, “Rəngkarlıq”, “Memarlıq”.
Dekorativ-tətbiqi sənət fakültəsinin kafedraları: “Bədii toxuculuq və xalça sənəti”, “Bədii keramika, şüşə və metal” “Humanitar və ictimai fənlər”. Təsviri sənət və sənətşünaslıq fakültəsində təhsil bakalavr pilləsi üzrə 4 il, magistratura pilləsi üzrə 1il 6 aydır. Memarlıq və dizayn fakültəsində ixtisaslaşma seçimi II kursdan başlayır. “Qrafika”, “Akademik rəngkarlıq və kompozisiya” və “Heykəltəraşlıq” ixtisaslarında I təhsil ilini bitirdikdən sonra tələbələrin öz istəklərinə görə ixtisaslaşmalara bölünürlər.Qrafika ixtisasında 4 ixtisaslaşma var: “Dəzgah qrafikası”,
“Kitab tərtibatı və illüstrasiya”, ”Plakat” və “Animasiya filmi-quruluşçu rəssam”. Akademik rəngkarlıq və kompozisiya ixtisasında 3 ixtisaslaşma var: “Dəzgah rəngkarlığı”, “Kino və televiziya rəssamı”, “Teatr dekorasiya rəngkarlığı”, Heykəltəraşlıq ixtisasında 1 ixtisaslaşma var: “Dəzgah heykəltəraşlığı”.