Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Zəfər Günü ilə əlaqədar olaraq əcnəbi tələbələr üçün tədbir keçirildi. Tədbirin məqsədi, 44 günlük zəfər yolunu, ölkəmizin şanlı tarixini əcnəbi tələbələrə nümayiş etdirməkdir. Tədbirdə akademiyanın rektoru akademik Ö.H.Eldarov, akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru S.İ.Məmmədov, müharibə iştirakçısı akademiyanın magistr tələbəsi F.Məmmədov və akademiyada təhsil alan əcnəbi tələbələr çıxış etdilər. Tədbirin sonunda zəfər yolunu əks etdirən videoçarx nümayiş olunmuşdur.
Comments are closed