Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində yerləşən Muzey-Sərgi kompleksində Zəfər Gününə həsr olunmuş, «Vətənim mənim!» adlı elmi-konfrans və sərgi keçirildi. Sərgidə, akademiyanın professor-müəllim heyətinin 120-dən çox sənət əsərləri nümayiş olunur. Elmi-konfransda dəvət olunmuş qonaqlarla yanaşı akademiyanın nümayəndələrinin də Qarabağın tarixi abidələri haqqında çıxışları oldu. Tədbirin sonunda vətənpərvərlik mövzusuna aid videoçarx nümayiş olundu.

Tags

Comments are closed