23.12.2022-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Yeni Azərbaycan” partiyasının yekun iclası keçirildi. İclasda YAP Nərimanov rayon təşkilatının əməkdaşları, Abbasov Anar və Əliyev Vüsal iştirak etdilər. Tədbirdə 6 nəfərə (5 tələbə və 1 akademiyanın əməkdaşı olmaqla) üzvlük vəsiqəsi, ADRA-nın Tədris və Tərbiyə işləri üzrə prorektor, professor Azad Zeynalova və İnzibati təsərrüfat işləri üzrə prorektor Elmira Səmədovaya fəxri fərmanlar təqdim olundu. Eyni zamanda partiyanın 2022-ci ildəki fəaliyyəti və 2023-cü il üçün nəzərdə tutulmuş təqvim planı müzakirə olundu.

Tags

Comments are closed