Açılışda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, akademiyanın Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Səlhab Məmmədov da iştirak edib. Qeyd etmək lazımdır ki Ömər Eldarov, Bakı şəhərində ucaldılmış «Xurşidbanu Natəvan heykəlinin» müəllifidir. 200-dən artıq dəyərli sənət əsərinin təqdim olunduğu sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Səttar Bəhlulzadənin Ev-Muzeyi, Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Altay Hacıyevin şəxsi kolleksiyasında saxlanılan Xan qızına məxsus şəxsi əşyalar, «Gül dəftəri» albomuna daxil olan əlyazmalar, Ömər Eldarov, Oqtay Sadıqzadə, Altay Hacıyev, Maral Rəhmanzadə, Nəcəfqulu İsmayılov kimi görkəmli heykəltəraş və rəssamlarımızın yüksək yaradıcılıq məhsulu kimi ərsəyə gələn Natəvan obrazları yer almaqdadır.
Comments are closed