Bugün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Dekorativ-tətbiqi sənət fakültəsinin «Bədii toxuculuq və xalça sənəti» kafedrasının dosenti Minaxanım Hüseynovanın müəllifi olduğu «Xalça məmulatlarının naxış və texniki üslublarının tədqiqatı» adlı 3-cü kitabının təqdimatı və şəxsi xalça kolleksiyasının nümayişi baş tutdu. Təqdimatı keçirilən dərs vəsaitində tariximizi əks etdirən qədim qaya daşları, qazıntılar zamanı aşkara çıxarılan saxsı qablar, heykəllər, bəzək əşyaları üzərindəki təsvirlərin xalça məmulatları üzərindəki elementlərə bənzər formaları arasındakı oxşarlıqdan bəhs olunur. Tədbirdə ADRA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev, Tədris və tərbiyə işləri üzrə prorektor, Əməkdar rəssam, professor Azad Zeynalov, Elmi və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev, Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor, Səlhab Məmmədov və Xalq rəssamı, akademik Ömər Eldarov iştirak etmişdirlər. Tədbirdə akademiyanın prorektoru professor Fuad Salayev, akademiyanın Bədii toxuculuq və xalça sənəti kafedrasının professoru Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, eyni kafedranın dosenti Eldar Mikayılzadə öz çıxışlarında kitabın müəllifini təbrik edərək, qədim xalçaçılıq sənəti ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Təqdimat zamanı Azərbaycanın qədim sənəti olan xalçaçılığa aid və xalça sənətinin nümunələrini əks etdirən videoçarx nümayiş olundu.

Tags

Comments are closed