Bugün Bəhreynli rəssam Raşid Al Xəlifə və bir qrup əcnəbi incəsənət adamları Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qonağı oldular. Qonaqlar akademiyanın dərs otaqları, emalatxanaları, Muzey Sərgi kompleksi ilə yaxından tanış oldular. Tələbələr ilə həmsöhbət olan Raşid Al Xəlifə dərs prosessinə də böyük maraq göstərdi.

Bəhreynli qonağa rəssamlıq akademiyası tərəfindən xalça və ADRA-nın «Bədii toxuculuq və xalça sənəti» kafedrasının dosenti Minaxanım Hüseynovanın müəllifi olduğu «Xalça məmulatlarının naxış və texniki üslublarının tədqiqatı» adlı kitab hədiyyə olundu.

Tags

Comments are closed