Bugün ADRA-nın Muzey-Sərgi Kompleksində, akademiyanın «Dekorativ-Tətbiqi sənət» fakültəsinin «Bədii Keramika, Şüşə və Metal» kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADRA Həmkarlar İttifaqı Komitəsinin sədri Emin Ələkbərovun iştirakı ilə «Mənim uğur yolum» mövzusunda təlim keçirildi. Təlimdə Emin müəllim öz pedaqoji fəaliyyətindən, rəhbəri olduğu «Gilabi Ceramics» şirkətindən və «Balakhani Creative Center»-in yaranmasından və fəaliyyətindən söz açdı.

Tags

Comments are closed