ADRA-da akademiyanın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev və Berlin Weissensee İncəsənət Akademiyasının professoru, dünya şöhrətli rəssam İnge Schmidt arasında görüş keçirilmişdir. Görüşdə İnge Schmidtin akademiyada Rəngkarlıq ixtisası üzrə təhsil alan tələbələrlə keçirəcəyi ustad dərsləri, təlimlər müzakirə olundu. Daha sonra ADRA-nın akt zalında professor İnge Schmidtin iştirakı ilə tələblər üçün seminar keçirildi. Seminarda həftə ərzində akademiyada baş tutacaq təlimlər, ustad dərsləri, təcrübə dərsləri, həmçinin alman rəssamlarının əsərləri haqqında nümayiş olunan slaydlar əsasında tələblərə geniş məlumat verildi. Proqrama əsasən təlimlərin sonunda tələbələrin əsərlərindən ibarət sərgi təşkil olunacaq və bütün tələbələrə sertifikatlar təqdim olunacaqdır.

Tags

Comments are closed