Bugün akademiyada Təsviri İncəsənət Tarixi və Nəzəriyyəsi ixtisası üzrə təhsil alan tələbələrin, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbə konfransı keçirilmişdir. Konfransda akademiyanın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev və akademiyanın digər əməkdaşları iştirak etmişdirlər. Tədbir, Humanitar və İctimai fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aida Abdullayevanın, 3-cü kurs tələbələrinin sərbəst iş icrası fonunda hazırlanmışdır. Tələbələr Ulu Öndərin həyat yolu, fəaliyyəti haqqında geniş məlumat hazırlamış, videoçarxlarla bunu nümayiş etdilər. Heydər Əliyevin ölkəmizə verdiyi töhfələrdən, onun incəsənətin bütün sahələrinə, xalça, heykəl, rəsm, kino, musiqi, həmçinin ölkəmizin iqtisadiyyatına, idmanın inkişafına, göstərdiyi qayğıdan danışdılar. Sonda tələbələrlə xatirə şəkili çəkildi.

Tags

Comments are closed