Bugün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Muzey-Sərgi Kompleksinin, sərgi salonunda Azərbaycanın görkəmli oftalmoloqu, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan təsviri sənətində qadın obrazları” adlı elmi konfrans və sərginin açılışı keçirilmişdir. Sərgi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə təşkil olunmuşdur. Elmi konfrans və sərgi akademik Zərifə Əliyevaya, o cümlədən mədəniyyətimizin inkişafına öz töhfəsini vermiş görkəmli Azərbaycan qadınlarına həsr olunmuşdur. Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. Görkəmli oftalmoloq 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Yerli oftalmologiyanın yüksəlməsi, tibbi texnologiyaların ən qabaqcıl səviyyəyə çıxması da, akademik Zərifə Əliyevanın adı ilə bağlıdır.
Ekspozisiyada akademiyanın professor-müəllim heyətinin və akademiyanın Qızıl fondunda saxlanılan Azərbaycan təsviri sənətində özünəməxsus yer tutan sənətkarların qadın gözəlliyinə, istedadına, zəkasına, iradəsinə həsr olunmuş əsərlər təqdim olunmuşdur. Sərginin açılış mərasimində, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, akademiyanın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, akademiyanın professor-müəllim heyəti ilə yanaşı bir sıra rəsmi qonaqlar iştirak etmişdir. Sərgidə 100 əsər nümayiş olunur. Nümayiş olunan əsərlər dəzgah heykəltəraşlığı, rəngkarlıq, qrafika və kiçik plastika sənəti nümunələridir. Sərgi 25.04.2023-cü il tarixinədək davam edəcək.


























Comments are closed