Bugün, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı elmi konfrans və sərgi keçirilmişdir. Elmi konfrans və sərgi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə təşkil olunmuşdur. Tədbir ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyevin çıxışı ilə açıq elan olunmuşdur. Daha sonra Bakı şəhər Nərimanov rayon İcra hakimiyyətinin başçısının müavini İradə Muradova çıxış etmişdir. Azərbaycanın Xalq rəssamı, akademik Ömər Eldarov, akademiyanın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Səlhab Məmmədov, Ulu Öndər Heydər Əliyevlə bağlı öz xatirələrini bölüşdülər. Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosenti Rima Qafarzadə “Azərbaycan təhsilinin və dil mədəniyyətinin inkişafında Heydər Əliyev faktoru”, Əməkdar rəssam, “Bədii toxuculuq və xalça sənəti” kafedrasının professoru Məmmədhüseyn Hüseynov “İlham mənbəyi –Mədəni irsə bağlılıq”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İncəsənət tarixi” kafedrasının baş müəllimi Nuranə Səlimli “Heydər Əliyev Azərbaycan mədəniyyəti və incəsənətinin himayədarı kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İncəsənət tarixi” kafedrasının müəllimi Nərminə Rzayeva “Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda monumental heykəltəraşlıq və memarlıq”  mövzuları əsasında çıxış etmişdirlər. Tədbirdə akademiyanın rəhbər heyəti ilə yanaşı, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri, rəsmi qonaqlar, akademiyanın professor-müəllim heyəti və tələbələr iştirak etmişdirlər. Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş olundu. Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə 100 -dən çox əsər nümayiş olunur.Sənət əsərləri rəngkarlıq, heykəltəraşlıq, keramika, qobelen, zərgərlik və qrafika janrlarının nümunələridir. Sərgi 20 may 2023-cü il tarixinədək davam edəcək.

Tags

Comments are closed