23 may 2023-cü il tarixində Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə ali təhsil müəssisələrinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşdə Elm və Təhsil Nazirliyi və Xarici işlər Nazirliyinin rəsmi nümayəndələri iştirak etmişdirlər. Tədbirin əsas məqsədi, ali təhsil müəssisələrində təhsil alan və qəbul olmaq üçün müraciət edən əcnəbi tələbələrə nəzarətin artırılması, əcnəbi tələbələri təhsil müəssisəsinə qəbul edərkən, individual olaraq, onlara daha seçici yanaşmağın nəzərə alınması olub. Görüş çərçivəsində ali təhsil ocaqlarının nümayəndələri, əcnəbi tələbələrlə iş prosesində qarşılaşdıqları problemlərdən danışıblar.Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını “Beynəlxalq mübadilə və əcnəbi tələbələrin tədrisi şöbəsi”nin müdiri Afaq Hüseynova təmsil edib.

Tags

Comments are closed