Bugün ADRA-da, 44 günlük Vətən müharibəsinin nəticəsində əldə olunmuş şanlı Qələbəmizə  həsr olunmuş «Zəfər» adlı sərgi-müsabiqənin qalib və iştirakçılarına fəxri diplom və mükafatlar, həvəsləndirici diplom və sertifikatlar təqdim olunmuşdur. Sərgi-müsabiqədə ilk üç yerin qalibinə fəxri diplom və mükafatlar, hər ixtisas üzrə ilk üç yerin qaliblərinə həvəsləndirici diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim olunmuşdur. Tədbirdə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tədris və Tərbiyə işləri üzrə prorektoru, Əməkdar rəssam, professor Azad Zeynalov, Elm və Yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, «Heykəltəraşlıq» kafedrasının müdiri, dosent Sevil Süleymanova, «Akademik rəngkarlıq və kompozisiya» kafedrasının müdiri, Əməkdar rəssam, professor Namiq Məmmədov, ADRA HIK-in sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Emin Ələkbərov və ADRA-nın Təşkilati işlər üzrə koordinatoru Tural Ağayev və akademiyanın bir sıra əməkdaşları iştirak etmişdirlər. Xalq rəssamı, professor Fuad Salayev tədbirin açılışını edərkən öz çıxışnda 44 günlük Vətən müharibəsinin dövlətimiz üçün olan vacibliyindən və qazandığımız zəfərdə beynəlxalq mövqelərimizin möhkəmlənməsindən söz açdı, daha sonra Əməkdar rəssam, professor Azad Zeynalov, ADRA HİK-in sədri Emin Ələkbərov, Təşkilati İşlər üzrə koordinator Tural Ağayev öz çıxışlarında tələbələri təbrik etmiş və yüksək nəaliyətlər arzulamışdırlar. Tədbirin sonunda qalib və iştirakçılara diplom mükafat və sertikatlar təqdim olunmuşdur.

Tags

Comments are closed