Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərin qeydiyyatı başlayıb.

ADRA-nın bakalavriat səviyyəsinə qəbul olanların elektron qeydiyyat prosesi  5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək davam edəcək.

Müraciətçilər portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Sənədlər təsdiqləndikdən sonra akademiyaya aşağıda qeyd olunan sənədlərlə sentyabrın 11-dən müraciət etməlidirlər.

  1. Attestat və ya diplom
  2. Foto şəkil 3×4 – 4 ədəd
  3. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd
  4. Hərbi biletin surəti (oğlanlar üçün)
  5. İmtiyazlı tələbələrin (şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, valideyin himayəsindən məhrum şəxslər, I və II qrup əlil şəxslər və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları) sənədlərinin notarial təsdiq olunmuş surəti

Tags

Comments are closed