Azərbaycanın Əməkdar rəssamı, ADRA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Azad Zeynalov 1961-ci ilin bu günü Bakı şəhərində anadan olub.
Azad Zeynalovun zənginliyi ilə seçilən yaradıcı irsini monumental və dəzgah heykəltəraşlığı, eləcə də memorial — xatirə nümunələri təşkil edir. Heykəltəraşın, Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinə həsr etdiyi əsərləri ilk növbədə bu mövzuda yaradılan abidə və portretlər arasında bədii həllin səmimiliyinə görə xüsusi diqqət cəlb edir. “Bəstəkar Xəyyam Mirzəzadə” (2006), “Sevinc” (2010), “Tənha qadın” (2011) əsərləri heykəltəraşın yaradıcılığında mühüm önəm daşıyır. Azad Zeynalov, Ağdaş şəhərində Ulu Öndər Heydər Əliyevin, Göyçay şəhərində Rəsul Rzanın, Bakı şəhərində General A.Abbasovun (xatirə lövhəsi) abidələrinin müəllifidir. Eləcə də, Xalq artisti Firəngiz Əhmədovanın və Xalq rəssamı Yusif Hüseynovun qəbirüstü abidələrinin də müəllifi Azad Zeynalovdur. Həmçinin bir neçə fənn proqramlarının və nəşr olunan monoqrafiyaların, “Portretin yapılması” metodik vəsaitinin müəllifidir.
ADRA-nın rəhbərliyi və yaradıcı kollektivi adından Azad müəllimi təbrik edir, ona can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq.
Comments are closed